Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qusarın Urva kəndində torpaq sürüşməsi daha da aktivləşib

Qusarın Urva kəndində torpaq sürüşməsi daha da aktivləşib

Date: 25 October 2016 19:32

Qusar. 25 oktyabr. REPORT.AZ/ Son günlər yağan yağış və qardan sonra Qusarın Urva kəndində torpaq sürüşməsi daha da aktivləşib.
"Report"un Şimal bürosunun verdiyi xəbərə görə, torpağın üst qatı boşaldığından sürüşmə getdikcə daha böyük ərazini əhatə etməyə başlayıb. Dünənə kimi aydın görünən torpaq sürüşməsi bu gün qarın yağması səbəbindən prosesi izləmək çətinləşib. Burada yaşayanlar bundan narahatdırlar. Çünki qar və sulu qar sürüşmə baş verən ərazilərdəki lay qatlarına hopduğundan sürüşməni daha tez aktivləşdirir.
Sakinlər bildiriblər ki, ərazidə 200 metr uzunluğunda yarğan əmələ gəlib. Sürüşmənin alt hissəsindəki yol daralıb. Torpaqın lay qatları yola axıb. Yolun kənarındakı su borusu da əyilib. 
"Report"a açıqlama verən Qusar rayon Urva kənd İcra nümayəndəsi Suləddin İskəndərov deyib ki, sürüşmə ərazisində 16 ev yerləşir. Həmin evlərdən 5-i yaşayış üçün tamamilə yararsız vəziyyətdədir, 15 ailə üçün FHN yeni ev tikib: "Biz onlara yazılı və şifahidə xəbərdarlıq etmişik. Həmin massivdəki meşə ağacları da əyilib. Bu, sürüşmənin aktivliyini göstərir. Bu ərazi birdən-birə sürüşəcək. Bunun məsuliyyətini biz daşımırıq. Həmin ailələrə müasir tipli evlər tikilib. Lakin burada yaşayan ailələr yeni evlərə köçsələr də, çoxu hələ də qəzalı evlərdə qalır. Altı ailə sürüşmə aktiv olan ərazidə yaşayır, bir ailə isə ümumiyyətlə başqa evə köçməyib."
Xatırladaq ki, Urva kəndi yaxınlığında 1,5 hektar torpaq sahəsində həmin sakinlərə ev tikilib və təhvil verilib. Bu kənddə ilk dəfə sürüşmə 2009-cu il martın 16-da qeydə alınıb.





Tags:  Qusarın Urva kəndində torpaq sürüşməsi aktivləşib

RƏYLƏR


Top news