"Şalke"nin məşqçilər heyəti müqavilə ilə "Tottenhem"ə məxsus olan Nabil Bentalebin oyunundan razı qalıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Gerzenkirxen klubunun rəhbərliyi əlcəzairli futbolçunun transfer hüquqlarına yiyələnmək üçün 19 milyon avro ödəməyə hazırdır.
Klubun idman direktoru Kristian Haydel artıq onunla 4 illik müqaviləni razılaşdırıb. "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonun planlarına daxil olmayan Bentaleb "Şalke"də icarədə oynayır.
Milli.Az