Bakıda Vaqif Mustafazadəyə həsr olunmuş sənədli film ictimaiyyətə təqdim olunub

Bakıda Vaqif Mustafazadəyə həsr olunmuş sənədli film ictimaiyyətə təqdim olunub
19:42 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün "BP-Azerbaijan" şirkəti virtuoz caz ifaçısı Vaqif Musatafzadəyə həsr olunmuş tammetrajlı "Mənim tanıdığım Vaqif"adlı sənədli filmi ictimaiyyətə təqdim edib. 
"Report"un xəbərinə görə, filmin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında bildirilib ki, filmdə onun həyatının bəzi epizodları anılıb və digər məşhur musiqiçilərin Azərbaycanın məşhur caz ifaçısı haqqında düşüncələri lentə alınıb. 
Film Vaqif Musafazadənin müasirləri olan və onun sənət irsinə və şəxsiyyətinə sevgi və rəğbəy bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub. Film Azərbaycanın BUTA film şirkəti tərəfindən çəkilib. 
Filmin təqdimat mərasimində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib ki, Azərbaycanın uzunmüddətli neft və qaz tərəfdaşı kimi BP şirkəti burada fəaliyyətə başladığı ilk günlərdən bu ölkənin zəngin mədəni irsi ilə yaxından bağlı olub. 
"Azərbaycan cazının ən tanınmış nümayəndəsi olan Vaqif Mustafazadənin adı ilə bağlılığımızdan qürur duyuruq. O, həm də dünyanın ən məşhur caz pianoçularından və bəstəkarlarından biridir. Bizə yaxşı məlumdur ki, bu qeyri-adi istedada malik görkəmli caz ifaçısı dünyada yüksək rəğbət qazanıb və Bakıda onun musiqisi əfsanə hesab edilir. O, şərq və qərb musiqisinin ən yaxşı janlarının fantastik sintezini yaratmağa nail olub. Bu sintez nəticəsində Azərbaycanın milli musiqisi olan muğamın və qərb cazının heyranedici qarışığı meydana çıxıb. Ümid edirik ki, bu film Vaqif Mustafazadənin möhtəşəm ifasının əbədiləşməsinə və onun böyük istedadına dünya miqyasında olan hörmətə və verilmiş qiymətə töhfə olacaq" - Q.Birrell diqqətə çatdırıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/bakida-vaqif-mustafazadeye-hesr-olunmus-senedli-film-ictimaiyyete-teqdim-olunub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR