Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Global Finance" dünyanın ən yaxşı bankının adını açıqlayıb

"Global Finance" dünyanın ən yaxşı bankının adını açıqlayıb

Date: 25 October 2016 19:47

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ən yaxşı özəl bank adına İsveçrənin UBS Bankı seçilib. 
"Report" RBC saytına istinadən xəbər verir ki, bu barədə açıqlama "Global Finance" maliyyə jurnalı tərəfindən verilib. Jurnalın məlumatına görə, UBS bankda keçdiyimiz 1 il ərzində ən minimal əməliyyatın həcmi 2 mln. ABŞ dolları olub. Bundan başqa, jurnal ən yaxşı innovativ bank kimi ABŞ-ın "Citibank"ı, top-menecerlər üçün ən yaxşı bank kimi isə ABŞ-ın "Morgan Stanley" bankını seçib.
Qeyd edək ki, qaliblər maliyyə göstəriciləri, marketinq araşdırmaları, bankirlərlə məsləhət, analitiklərin fikirləri əsasında müəyyənləşdirilib. İnkişaf etməkdə olan ölkələr arasında ən yaxşı bank Braziliyanın "İtau Unibanco" bankı seçilib. İnvestisiyalar üçün ən yaxşı bank isə Sinqapurun "United Overseas Bank"ı müəyyənləşib. Mərkəzi və Şərqi Avropanın ən yaxşı bankı "Unicredit", Rusiyanın ən yaxşı bankı isə "Sberbank" olub.

Tags:  Global Finance dünyanın bankının adını açıqlayıb


RƏYLƏR


Top news