"Bu onun öz sevincidi, bizə təbrik etmək düşür" - Roman Qriqorçuk

"Bu onun öz sevincidi, bizə təbrik etmək düşür" -   Roman Qriqorçuk
19:57 25 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:


- Hesabı ədalətli saymaq olar? Rəqibin hər iki qolunu akademiyanızın yetirməsi vurdu. Bu, sizi sevindirirmi?

- Hər bir futbolçu qol vurarsa bu, onun üçün sevindirci haldı. Bu onun öz sevincidi, bizə təbrik etmək düşür. Nəticəni isə şərh etmək istəmirəm.


- Məhəmməd Mirzəbəyovun oyunundan razı qaldız?

- Heç bir futbolçunun çıxşı ilə bağlı danışmaq istəmirəm. Bu, bizim daxili işimizdi. Səhvlərmizi analiz edəcəyik.


- Son dəqiqələri necə şərh edərdiz? Hakimlikdən razı qaldınız?

- Hakimliklə bağlı fikir bildirməyəcəm. 


- "Qəbələ" 70-ci dəqiqəyə kimi özünü tam göstərə bilmədi. Bu, nə ilə əlaqədardı?

- Bugünkü oyundan çox razıyam.


- Cavid Hüseynov meydana çıxmaq üçün tam hazırdı?

- Şadam ki, o, bizimlədi. Hər şey etməliyik ki, əvvəlki səviyyəsinə qayıtsın.


- Matçın həftəiçinə salınmasını siz istəmişdiniz?

- Bizim komanda tam komplekləşməyib. Belə komanda üçün sıx qrafiklə oynamaq çətindi, amma reallıqla barışırıq. (futbolinfo.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-onun-oz-sevincidi-biz-tbrik-etmk-duurquot-t53628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR