ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
20:02 25 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin dinc yolla həlli yollarına dair məsələlər müzakirə olunub.
Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjej Kasprşik iştirak ediblər. 

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/atet-in-minsk-qrupunun-hemsedrleri-ermenistan-xi-n-bascisi-ile-dagliq-qarabag

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR