Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xorvatiya şirkətinin Azərbaycanda rəsmi ofisi açılıb

Xorvatiya şirkətinin Azərbaycanda rəsmi ofisi açılıb

Date: 25 October 2016 20:17

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Xorvatiyanın "Span" şirkətinin Bakıda rəsmi ofisinin açılması münasibəti ilə təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, 1993-cü ildə yaranan və artıq 25 ildir faliyyət göstərən şirkətin Bakıdan başqa ABŞ-da, Çexiyada, Sloveniyada, İngiltərədə rəsmi ofisləri var. 
Şirkətin Azərbaycan üzrə direktoru İman Həsənli bildirib ki, hazırda müştərilər siyahısında mobil operatorlar, banklar var: "Biz bu siyahıya dövlət strukturları və digər qurumları da əlavə etmək istəyirik. Eyni zamanda Azərbaycanla yanaşı, şirkətin Qafqazda, Orta Asiyada fəaliyyətini gücləndirmək niyyətindəyik. Bu səbəbdən Bakı ofisi regional ofis olaraq bilavasitə xab kimi fəaliyyətdə olacaq". 
"Dünyanın bütün materiklərində xidmət göstərən şirkətin 400-ə yaxın işçisi var, onlardan 200 nəfəri mühəndisdir. Şirkətin 24/7 xidməti sayəsində 99% öhdəçiliyimizi yerinə yetiririk. Sistem inteqratoru kimi şirkətimiz vertikal olaraq çalışır. Yəni biz yalnız bir sənaye sahəsində deyil, bir neçəsi üzrə xidmət göstərə bilirik", - deyə İ.Həsənli vurğulayıb.

Tags:  Xorvatiya şirkətinin Azərbaycanda rəsmi ofisi açılıb

RƏYLƏR


Top news