Parlament sədri: Cibuti Azərbaycanla münasibətlərə böyük önəm verir

Parlament sədri: Cibuti Azərbaycanla münasibətlərə böyük önəm verir
20:22 25 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Cibuti parlamentinin sədri Məhəmməd Əli Huməd ilə görüşüb.
Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə səfir ölkəmiz haqqında ətraflı məlumat verərək, Azərbaycanın müsəlman şərqində ilk parlamentli respublika olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
E.Abdullayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın beynəlxalq hüquqa və normalara riayət etmədiyini və Azərbaycan torpaqlarını hələ də işğal altında saxladığını və bu işğal nəticəsində 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün düşdüyünü bildirib. O deyib ki, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin bu günədək icra olunmayıb.
Bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Cibuti hökumətinə dərin təşəkkürünü bildirən səfir iki ölkə arasında qarşılıqlı şəkildə parlamentlərarası dostluq qrupunun yaradılması təklifini irəli sürüb.
M.Ə.Huməd Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə E.Abdullayevi təbrik edərək, dost Azərbaycan xalqına sülh və firavanlıq arzularını çatdırıb. O, Cibutinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və bundan sonrada daha sıx əlaqələrin yaradılacağına əmin olduğunu bildirib.
Tərəflər arasında qarşılıqlı şəkildə parlamentlərarası dostluq qrupunun yaradılması təklifini yüksək qiymətləndirən M.Ə.Huməd bu dostluq qrupunun iki ölkə arasında əlaqələlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyiniə ümidvar olduğunu vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/parlament-sedri-cibuti-azerbaycanla-munasibetlere-boyuk-onem-verir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR