Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

100-cü heç-heçə

100-cü heç-heçə

Date: 25 October 2016 20:37

Topaz Premyer Liqasının IX turunun “Zirə” ilə ev oyunu AZAL üçün iki fərqli yubileylə əlamətdar olub. Fanat.Az xəbər verir ki, bunlardan biri müsbət, digəri mənfi xarakter daşıyıb. 


Matçda hesabı açan Sezar Meza Kolli AZAL-ın qapısına vurulan 350-ci qolun müəllifi olub. Premyer Liqada ilk oyununu 2005-ci ildə keçirən paytaxt təmsilçisi 350 qolu 343 matçda buraxıb. “Təyyarəçilər” orta hesabla hər qarşılaşmada qapısında 1,02 top görüb. Bu 350 qola 22 komanda imza atıb. AZAL-ı daha çox “Neftçi” (50), “Qarabağ” (47) və “Xəzər Lənkəran” (39) məyus edib.


Bərabərlik qolunu vurub, görüşü 1:1 hesablı heç-heçə ilə başa vuran AZAL 100-cü “sülh”ünü rəsmiləşdirib. Bakılılar keçirdiyi 343 matçda 126 qələbə qazanıb, 117 məğlubiyyət alıb, buraxdığı 350 qola 370-i ilə cavab verib. 


100 heç-heçədən 45-i ev, 55-i səfərdə qeydə alınıb. AZAL 100 heç-heçəni 21 rəqiblə matçda gerçəkləşdirib. Ən çox  “İnter” (13) və “Simurq”la (10) matçda belə nəticə qeydə alınıb. 


Azərbaycan çempionatlarında ən çox heç-heçə edən komandalar arasında 8-ci olan AZAL “Qarabağ” (164), “Neftçi” (157), “Bakı” (123), “İnter” (121), “Turan” (112), “Kəpəz” (108) və “Xəzər Lənkəran”dan (103) geri qalır.(pfl.az)


Fanat.Az


Tags:  100-cü heç-heçə

RƏYLƏR


Top news