"Neftçi"nin futbolçusu meydanda azarkeşi döydü - SON DƏQİQƏ

"Neftçi"nin futbolçusu meydanda azarkeşi döydü -   SON DƏQİQƏ
20:57 25 Oktyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" - "Qarabağ" oyununda qalmaqal yaranıb. Fanat.Az-ın "Bakcell Arena"da olan əməkdaşı xəbər verir ki, hadisə matçın sonlarında baş verib.


Belə ki, qarşılaşmanın sonlarında azarkeşlər "Çingiz istefa" qışqırmağa başlayıb. 90-cı dəqiqədə Jayro Rodriges topu öz qapısına göndərərək avtoqol müəlifi olub. Bundan sonra bir azarkeş meydana çıxaraq futbolçulara öz etirazını bildirib. Buna əsəbləşən "Neftçi"nin futbolçusu Katalin Tira isə onu şillə-təpiklə vurmağa başlayıb.


Meydana çıxan azarkeşi polislər aparıb. Katalin Tiraya isə Ramil Diniyev qırmızı vərəqə göstərib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-futbolcusu-meydanda-azarkei-doydu-t53633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR