Bakıda “Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və Müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib

Bakıda “Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və Müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib
21:12 25 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı. 25 oktyabr. REPORT.AZ/ AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və Müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.
İnstitutdan "Report"a verilən məlumata görə, konfransda bir sıra şərq ölkələrinin Azərbaycandakı diplomatik nümayəndələri - Liviyanın ölkəmizdəki səfiri Abdurrəzzaq Şikahi, həmin ölkənin konsulu Abdurrəzzaq əl-Cəbri, İraq konsulu Abdul Hakim Əlyas, İordaniyanın konsulu Səd əl-Ğəzəli, Səudiyyə Ərəbistanının səfirliyinin 2-ci katibi Bədr Almugairiji, Qətər səfirliyinin analitiki dr. Əhməd əl-Salehi, Türkiyə səfirliyinin əməkdaşı Meral Parlas, Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, müxbir üzv Gövhər Baxşəliyeva Azərbaycanın ən nüfuzlu təşkilatlara üzv olduğunu, bütün dünya ölkələri ilə tarazlaşdırılmış, ölçülüb-biçilmiş siyasət yürütdüyünü deyib. 
Xarici ölkə diplomatlarından İraq konsulu Abdul Hakim Əlyas, İordaniyanın konsulu Səd əl-Ğəzəli və Türkiyə səfirliyinin əməkdaşı Meral Parlas çıxış edərək Yaxın Şərq böhranının bölgə ölkələrinə təsiri və bu dövlətlərin həmin böhrandan çıxmaq istiqamətində gördüyü işlərdən danışıblar.
Sonra konfransda məruzələr dinlənilib. 


Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/bakida-yaxin-serq-bohrani-xxi-esrin-cagirislari-ve-musteqil-azerbaycan-movzusunda-elmi-konfrans

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR