Torpaqlarımız niyə sürüşür? - VİDEO - FOTO

Torpaqlarımız niyə sürüşür? - VİDEO - FOTO
21:27 25 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, ölkənin dörd bir yanında baş verən torpaq sürüşmələri səngimək bilmir. Bəs, torpaqlarımız niyə sürüşür? 1991-ci ilə qədər Şamaxıda mövcud olan üzüm plantasiyalarının ümümi sahəsi 25 000 hektar olub. Bu da demək olar ki, Şamaxı şəhərinin ətrafını və 20-dən çox kəndi əhatə edirdi. Bu gün isə Şamaxı rayonu üzrə ümümi üzüm plantasiyasının əhatə etdiyi ərazi cəmi 1 700 hektardır.

Digər tərəfdən, Əhalinin artması, fərdi yaşayış evlərinin çoxalması da torpağı nəfəs almağa qoymur. Sürüşməyə meyilli olan ərazilərdə ev və obyektlərin tikilməsi də onların fəallaşmasına gətirib çıxarır. Yeganə çıxış yolu isə həmin ərazilərdə ağacların, kolluqların əkilməsi ilə erroziyanın qarşısının alınmasıdır.

Bir sözlə, insan təbiətə nə qədər müdaxilə edirsə, bir o qədər də mənfi təsirini görür. Odur ki, bu cür təbii fəlakətlərin daha az yaşanması və daha az itkilərin olması üçün müəyyən qayda qanunlara riayət etməliyik.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR