Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Sənədsiz evlərin aqibəti bəlli oldu - VİDEO

Sənədsiz evlərin aqibəti bəlli oldu - VİDEO

Date: 25 October 2016 21:32

Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz ev var. Son 6 ildə həmin evlərin sənədləşdirilməsi ilə bağlı bir neçə fərman və sərəncam imzalanıb, müvafiq strukturlara tapşırıqlar verilib. Amma problem tam həll olunmur.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, təkcə Bakıda 500 minə yaxın sənədsiz ev var. Həmin tikililərin əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Bu evlərin sənədsiz vəziyyətdə qalması isə orada yaşayanlar üçün çoxsaylı problemlər yaradır. Qeydiyyata düşə, yaşadıqları ev ünvanına müvafiq şəxsiyyət vəsiqəsi ala bilmirlər. Uşaqları məktəbə, poliklinikaya aparanda problemlər yaranır.

İndiyə kimi müvafiq qurumlara sənədsiz ev probleminin həllinə yönəlik şəffaf mexanizimin hazırlanması və həmin evlərdə yaşayan vətəndaşlara qarşı heç bir əsassız tələblər irəli sürülmədən həll edilməsi haqda dəfələrlə tapşırıqlar verilib. İndiyə kimi bir çox evlərə sənədlər verilsə də, proses hələ də tam yekunlaşmayıb.

Millət vəkili Rəfael Cəbrayılov məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirdi ki, bu il "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib və bu dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq. İcra hakimiyyəti müvafiq sərəncam verməsə də və tikinti layihəsi təsdiq olunmasa da torpaq haqda sənədi olan hər bir kəsin evi qeydiyyata alınacaq. Ona görə də vətəndaşlar torpağa sahiblik və istifadə hüququ verən sənədlərini qaydasına salmalıdırlar ki, mülkiyyət hüququ əldə edə bilsinlər.

Milli.Az


Tags:  Sənədsiz evlərin aqibəti bəlli oldu VİDEO

RƏYLƏR


Top news