Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tikinti şirkətlərinin saxta elanları: Bu təkliflərə aldanmayın - VİDEO

Tikinti şirkətlərinin saxta elanları: Bu təkliflərə aldanmayın - VİDEO

Date: 25 October 2016 21:37

Artıq tikinti şirkətləri də yalançı endirim kampaniyasına başlayıb. Belə ki, öncə qiyməti 70 faiz qaldırıb, sonra 50 faiz endirim kampaniyası adı ilə mənzilləri satmağa çalışırlar. Bu da nəticədə mənzillərin bir kvadratmetrinin qiymətinin son həftələr 200-300 manat bahalaşmasına səbəb olub.

Paytaxtdakı bəzi tikinti şirkətləri son vaxtlar yeni inşa edilən binalardan satdıqları mənzillərin qiymətlərini bahalaşdırıblar. Bahalaşma bir kvadratmetrdə 200-300 manata qədərdir. Maraqlısı budur ki, bu bahalaşma müştərilərin alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir vaxtda baş verir..

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, əmlak eksperti Ramil Osmanlı bildirir ki, tikinti şirkətləri qiymətləri öncə 70 faiz yüksəldir, daha sonra isə 50 faizlik endirim kampaniyası elan edərək müştəriyə daha baha satırlar.Müştərilər isə yalançı kampaniyalara aldanıb daha ucuz qiymətə mənzil sahibi ola biləcəklərini düşünürlər.

Ekspertin fikrincə tikinti şirkətlərinin bu yalançı reklam kampaniyalarına nəzarət edilmədiyindən onlar həm istehlakçıları aldadırlar, həm də öz qazanclarını təhlükə altına atırlar. Ramil Osmanlının fikrincə bu tikinti şirkətlərində marketinq siyasətinin həddən artıq zəif təşkil olunmasından irəli gəlir.  

Mütəxəssis bildirir ki, mənzillərin qiymətinin bahalaşması sırf əsassız olaraq həyata keçirilir. Bəzi tikinti şirkətləri qiyməti artırarkən inşaat materiallarının bahalaşmasını əsas gətirirlər. Ramil Osmanlı bildirir ki, bu qiymət artımı üçün ciddi səbəb ola bilməz.

Reallıq isə bundan ibarətdir ki, tikinti şirkətlərinin heç bir səbəb olmadan qiymətləri qaldırması həm vətəndaşların, həm də şirkətlərin zərərinədir. Məhz elə buna görədir ki, hazırda bakıda inşa edilən 2 mindən çox binanın mənzillərinin 30 faizi boş qalıb.

Milli.Az


Tags:  Tikinti şirkətlərinin saxta elanları Bu təkliflərə aldanmayın VİDEO

RƏYLƏR


Top news