Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Əli Həsənov Türkiyədə bir sıra görüşlər keçirib - FOTO

Əli Həsənov Türkiyədə bir sıra görüşlər keçirib - FOTO

Date: 25 October 2016 21:42

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün bir sıra görüşlər keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.

Milli.Az





Tags:  Əli Həsənov Türkiyədə sıra görüşlər keçirib FOTO

RƏYLƏR


Top news