Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kivinin 10 faydası

Kivinin 10 faydası

Date: 25 October 2016 22:22

Kivi kiçik bir meyvə olmasına baxmayaraq, faydaları çoxdur. Əsil vətəni Çindir. Kivi çox dadlı və banana bənzər dada malik olan bir meyvədir. Kivinin faydaları ilə tanış olaq:

1. Kividə C vitamini və anti-oksidantlar vardır. Bu meyvənin təxminən 100qr-da 98 milliqr. C vitamini vardır. Kivini səhər yeməklərində yemək məsləhət görülür. Bədənə C vitaminini daxil edir və immun sistemini qaldırır. Yüksək qan təzyiqi, allergiya və zökəmlə mübarizə aparır. C vitamini ən güclü anti-oksidant hesab olunur. (Tebyan saytına istinadən)
2. Kivi stressi azaldır. Milli.Az deyerler.org-a istinadən bildirir ki, kivi əsrin xəstəliyi ilə streslə mübarizədə ideal meyvədir. Tərkibində olan C vitamini əsəb gərginliyini aradan aparır və insanı sakitləşdirir.
3. Kivi qəbizliyin dərmanıdır. Kivinin tərkibində çoxlu liflər olduğu üçün bağırsaqların hərəkətini tezləşdirir. Nəticədə qəbizliyi aradan qaldırır.
4. Kivi bədəndə olan artıq suları dəf edir. Kivinin çox hissəsi sudan təşkil edildiyinə görə, kalorisi çox azdır. Onu yeyən insan toxluq hiss edir. Nəticədə bu meyvə arıqlamağa şərait yaradır. Kivi bədəndə yığılmış artıq suları dəf etmək qabiliyyətinə malikdir.
5. Kivi, yeməyi yaxşı həzm etməyə yardım edir. Kivi bədəndə olan proteinin tez bir zamanda həzm olmasına yardım edər. Nəticədə mədə ağrıları, qazlar, həzmsizlik azalar.
6. Kivi qan dövranını yaxşılaşdırar. Kivinin tərkibində E vitamini, Omeqa-3 və 6 vardır. Ona görə də qanın bədəndə dövr etməsinə yardım edə bilir. Qan laxtalarını damarlardan təmizləyir.
7. Kivi sümükləri sağlam edər. Kivinin tərkibində maqnezium, kalium və mis olduğundan, sümüklər və dişlər üçün çox faydalıdır.
8. İmmun sistemini gücləndirər. Kivinin tərkibində C vitamini və fol turşusu çox olduğu üçün, ümmun sistemini gücləndirər. Bədənin xəstəliklər qarşısındakı müqavimətini artırar.
9. Qan azlığı ilə mübarizə aparar. Kivinin tərkibində C vitamini çox olduğu üçün, dəmirin cəzb etməsini gücləndirər.
10. Günəşin şüalarından qoruyar. Əgər sizin də günəşin ultra-bənövşəyi şüalarına qarşı həssaslığınız vardırsa, kivi yeməkdən qafil olmayın. Bu meyvədə olan lutein təbii filtr kimi dərinizi qoruyacaqdır.

Milli.Az


Tags:  Kivinin 10 faydası

RƏYLƏR


Top news