Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cahillik üzrlüdürmü?

Cahillik üzrlüdürmü?

Date: 25 October 2016 22:52

Şübhəyə düşməmək üçün bu cür insanlardan uzaq olaraq özünüzə xeyirli olan və axirətdə sorğu-sual olunacağınız məsələlərlə məşğul olmaq lazımdır.
Ümumən cahillər (haqq, islama dəvət çatmamış insanlar) üzrlüdürlər, dünyada onlara haqq çatmadığı üçün etdikləri küfr və ya şirkə görə cəzalanmayacaqlar, yalnız Qiyamət günü xüsusi imtahanın nəticəsində Cənnətə və ya Cəhənnəmə girəcəklər. Uca Allah buyurur: "Biz Peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və bilik sahibidir". (ən-Nisa 165). "Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik." (əl-İsra, 15)
Milli.Az zikr.az-a istinadən bildirir ki, müsəlmanların onlarla necə davranması baxımından isə cahillər 2 yerə bölünür:
Əsli kafir olanlar, yəni özünə müsəlman deməyənlər. Məsələn, kitab əhli (yəhudi və xristianlar), bütpərəstlər, ateistlər və s. Belələri ilə müsəlmanlar dünyada kafir kimi davranırlar -- məsələn, öldükdə cənazə namazını qılmırlar, kitab əhli istisna olmaqla onların qızları ilə evlənmirlər, kəsdiyi əti yemirlər və s. Onların axirətdəki halı isə Allaha aiddir. Səhih görüşə əsasən, onlar Qiyamət günü imtahan olunacaqlar.
Özünə müsəlman deyənlər, amma bilməməzlikdən şirk əməllər edənlər (qəbirə yalvarmaq kimi). Onlar özlərini islama nisbət etdikləri üçün Quran ayələri və hədislərə əsasən müsəlmanlar onlarla müsəlman kimi davranır -- qızları ilə evlənir, kəsdiyi əti yeyir və s., çünki Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Heç bir insan digərini (müsəlmanı) fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar" (Buxari 6045, Muslim 61). Onların axirətdəki halı isə birinci qrupda olduğu kimi, Allaha aiddir. Ölkəmizdə də bu qrupa aid insanlar var.
Həmin insanların şirk əməlləri etməsi müxtəlif səbəblərdən ola bilər:
Bilməməzlik -- həmin adam "lə iləhə illəllah" deyərək islama girmişdir, amma bu kəlimənin namaz, zəkat, oruc, həcc kimi şərtləri olduğunu və şirk əməllər etməyin qadağan olmasını bilmir. Uca Allah buyurur: "Səhvən (bilməyərəkdən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir" (əl-Əhzab, 5)
Səhv başa düşmə və ya aldadılma -- Dinin hökmlərini səhv başa düşmüş və ya alim hesab etdiyi adamlar onu şirk əməllərin Allaha yaxınlaşmaq üçün vasitə olduğunu inandırmışlar
Kor-koronə təqlid -- Dini savadı olmadığı üçün şirkə dəvət edən yalançı elm adamlarının əməllərini təkrar etmişdir
Məcburiyyət. Ola bilsin ki, həmin insan bu əməli məcburiyyət qarşısında etsin. Uca Allah buyurur: "Qəlbi imanla dolu olduğu halda, küfrə məcbur edilən müstəsna olmaq üzrə, kim iman gətirdikdən sonra küfrə sinə açsa Allahdan onlara bir əzab vardır" (ən-Nəhl, 106)
Bu hallar həmin insanla kafir kimi davranmağa qarşı olan maneələrdir, onun axirətdəki halı isə Allaha aiddir. Bu, alimlərin əksəriyyətinin rəyidir. Cahilliyin üzrlü olmaması rəyinin isə həddindən artıq zəif olduğu deyilmişdir.
Milli.Az


Tags:  Cahillik üzrlüdürmü

RƏYLƏR


Top news