Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lerikə bu ay ikinci dəfə qar yağıb - FOTO

Lerikə bu ay ikinci dəfə qar yağıb - FOTO

Date: 25 October 2016 23:12

Dağlıq Lerik rayonuna bu ay ikinci dəfə qar yağıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, yağıntı rayonun 70-ə yaxın yaşayış məntəqəsini əhatə edib. Belə ki, qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 5-10 sm təşkil edib. Qar yağışı rayonda  hər hansı ciddi çətinliklər yaratmayıb. Lənkəran-Lerik şosesində sürüşmə aktivliyinin artması səbəbindən yolda xırda uçqunlar baş versə də, 43 saylı rayon yol-istismar sahəsinin işçi qüvvəsinin və ağır texnikasının köməyi ilə problem operativ qaydada aradan qaldırılıb.

Rayona elektrik enerjisinin, təbii qazın və içməli suyun verilməsində də heç bir çətinlik yaşanmayıb.   
                                      
Ucqar yaşayış məntəqələrinə gedən avtomobil yollarının nəzarətə götürüldüyünü bildirən icra rəsmisi lazım gəldiyi təqdirdə qum və duz ehtiyatından istifadə ediləcəyini söyləyib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti oktyabrın 27-ə kimi davam edək. Bu gecə yüksək dağlıq ərazilərdə temperaturun mənfi 1-2 dərəcəyə kimi enəcəyi gözlənilir.

Milli.Az




Tags:  Lerikə bu ay ikinci dəfə qar yağıb FOTO

RƏYLƏR


Top news