Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstanbulda “erməni soyqırımı”na həsr olunmuş konsert ləğv olundu

İstanbulda “erməni soyqırımı”na həsr olunmuş konsert ləğv olundu

Date: 25 October 2016 23:14

Almaniya XİN-i Drezden simfonik orkestrinin ölkənin İstanbuldakı baş konsulluğunda keçirilməsi nəzərdə tutulan konsertini ləğv edib. Qeyd edək ki, konsertdə uydurma “erməni soyqırımı”na həsr olunmuş “Aghet” əsərinin ifa olunması nəzərdə tutulmuşdu.

 

“Noyabrın 13-də konsert keçirmək üçün baş konsulluğun binasında boş otaq olmayacaq”, - deyə DPA agentliyinə Almaniya XİN-dən bildirilib.

 

Agentliyin məlumatına görə, XİN qonaq qismində konsertə kimlərin dəvət edildiyini öyrəndikdən sonra tədbiri ləğv etməyə qərar verib. Dəvətnamələrin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdağan, baş nazir Binəli Yıldırım, XİN rəhbəri Mövlud Çavuşoğlu və mədəniyyət və turizm naziri Nəbi Avciyə göndərildiyi məlum olub.

 

Almaniya və Türkiyə arasında bir müddət əvvəl Bundestaqın “erməni soyqırımı”nın tanınmasına dair qətnaməsinin qəbul etməsi ilə bağlı yaşanmış narazılıq fonunda bu cür dəvətlər ən azından qəribə görünür.  

 

“Dəvətnamələr XİN-in iştirakı olmadan göndərilib”, - deyə nazirlikdən bildirilib.  

 

Drezden simfonik orkestri “Aghet” əsərini noyabrda Belqradda və İrəvanda ifa etməyi planlaşdırır. 


Tags:  İstanbulda erməni soyqırımına həsr olunmuş konsert ləğv olundu


RƏYLƏR


Top news