Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

Date: 25 October 2016 23:52

Xəstə insan fərz namazlarını bacardığı şəkildə, şəriətin ona verdiyi asanlıqlardan istifadə edərək qılmalıdır. Heç bir halda namazları qəsdən buraxmaq olmaz. Uca Allah buyurur: "Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz." (əl-Maidə, 6). Bütün namazları vaxtında qılmağa çətinlik çəkən xəstə, zöhr namaz ilə əsr namazını, məğrib namazı ilə də işə namazını birləşdirib qıla bilər.

Qibləni tapmaq

Milli.Az zikr.az-a istinadən bildirir ki, qiblə istiqamətini başqalarından soruşmaq lazımdır. Ayaq üstə və ya oturaraq namaz qıla bilməyən insan böyrü üstə, üzü qibləyə uzanaraq namaz qılmalıdır. Əgər bunu bacarmasa, arxası üstə ayaqları qibləyə tərəf uzanaraq namaz qılmalıdır. Qiblə istiqamətini bilməsə və ya qibləyə yönələ bilməsə, başqa istiqamətə doğru namaz qıla bilər. Uca Allah buyurur: "Nə qədər bacarırsınızsa Allahdan qorxun" (ət-Təğabun, 16)

Dəstəmaz almaq

Dəstəmaz ala bilməyən və ya xəstəliyin pisləşməsindən qorxaraq dəstəmaz almayan xəstə təyəmmüm almalıdır. Təyəmmüm almaq üçün torpaq, daş, üzərində toz olan mebel və ya pəncərənin qarşısı, həmçinin üzərinə kağız və ya boya çəkilməmiş divar istifadə edilə bilər. Həmçinin oxuyun:

Namaz qılmaq

İmran ibn Hüseyn (Allah ondan razı olsun) rəvayət edir ki, "mən babasil xəstəliyinə tutulmuşdum, Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) necə namaz qılmağı soruşanda, dedi: Ayaq üstə namaz qıl, bacarmasan oturaraq, bunu da bacarmasan böyrü üstə uzanaraq namaz qıl" (Buxari, 1050).  "bunu da bacarmasan, arxası üstə uzanaraq namaz qıl, Allah heç kimi qüvvəsi çatandan artıq yükləməz" (Əbu Dəvud və Nəsəi)
Rükü edərkən bir az qabağa əyilmək, səcdə əvəzinə isə bundan daha çox əyilmək lazımdır. Bunu bacarmayan başını hərəkət etdirə bilər. Bunu da bacarmayan, sadəcə ürəyində rükü və səcdə etdiyinə niyyət edərək o vəziyyətlərdəki zikrləri etməlidir.
Milli.Az


Tags:  Xəstə insan dəstəmaz alıb namaz qılmalıdır

RƏYLƏR


Top news