Kişilər də doğuş həbi istifadə edəcək - TİBBDƏ YENİLİK

Kişilər də doğuş həbi istifadə edəcək - TİBBDƏ YENİLİK
00:05 26 Oktyabr 2016
181 Ölkə
Ölkə mətbuatı
A- A+

İngiltərəli elm adamları cütlüklərin cinsi həyatı ilə bağlı yeniliyə imza atıblar. Onlar spermanın aktivliyini dayandırmağın çarəsini tapıblar. Bu isə tibbi inqilablardan biri hesab edilir. Artıq kişilər də doğuş həbləri istifadə edə biləcəklər.
 
Milli.Az lent.az-a istinadən kişi doğuş həbləri haqda yazını təqdim edir.
 
Araşdırma qrupuna başçılıq edən professor John Houel deyib ki, kişilər həbləri cinsi əlaqədən əvvəl qəbul edəcək. Nəticədə həb sayəsində qadın hamilə qalmayacaq: "Həb 5 dəqiqə ərzində dərhal təsirini göstərir. Hazırda həblərin yaradılması üzərində işlər davam edir. Kişi doğuş həblərinin 2021-ci ildə bazara çıxarılacağı gözlənilir. Bir çox ölkələrdə hər 4 qadından 1-i öz istəyi xaricində hamilə qalır. Bu üsul qadınları arzuolunmaz hamiləlikdən qoruyacaq".
 
Mütəxəssis bildirir ki, ümumiyyətlə, doğuş həbləri uşaq sahibi olmamaq mənasını vermir, üstəlik, ana-körpə sağlamlığı baxımından çox əhəmiyyətlidir. Doğuş həbləri plansız reallaşan hamiləliklərdə riskləri azaldır və ailənin xoşbəxtliyi üçün vacibdir. Yeni nəsil doğuş həbləri isə günü-gündən təkmilləşdirilir: "Qadınların doğuş həbləri ilə bağlı yanlış anlayışları olduğundan onu qəbul etmək istəmirlər. Yeni nəsil doğuş həblərində estrogen dozaları azaldılıb, sızanaq və tüklənməni aradan qaldırır, dərini gözəlləşdirən maddələrlə zənginləşdirilir. Çəki artırmayan, şiş azaldan yeni nəsil doğuş həbləri artıq bazara təqdim olunub. Bu həbi 28 gün davamlı istifadə edən qadın hamilə qalmır".
 
Mütəxəssislər daha da əhəmiyyətli məqama toxunublar. Onlar bildirirlər ki, qadın doğuş həbləri doğru və nizamlı istifadə edildikdə həyat keyfiyyətini və ömrü uzadır. Son aparılan araşdırmalar sübut edib ki, doğuş həbləri ümumi xərçəng riski və bütün səbəblərə bağlı ölümlərdə 10 faiz azalma təmin edir. İngiltərədə Oksford Universiteti tərəfindən həyata keçirilən və The Lancet Oncology tərəfindən aparılan tədqiqat isə doğuş həblərinin faydalarını bu cür sıralayıb:
 
* Yumurtalıq və uşaqlıq xərçəngi riskini 50-60 faiz azaldır
* Menstruasiya dövrünü tənzimləyir
* Menstruasiya qanaması miqdarını azaldır
* Menstruasiya əvvəli gərginliyi aradan qaldırır
* Menstruasiya ağrılarını azaldır
* Aknelərə yaxşı təsir edir
* Tüklənməni azaldır
* Dəri və saç gözəlliyini təmin edir
* Pelvik inflamatuar xəstəliyinə qarşı qoruyur
* Over kistaları və miomanı azaldır
* Xoşxassəli döş xərçəngi riskini azaldır
* Uşaqlıqdankənar hamiləliyə mane olur
* Şiş azaldıcı təsir göstərir
* Sümük möhkəmliyini artırır, sümük əriməsini azaldır
* Yumurtalıq kistaları və döşlərdəki fibrokistik xəstəliklərin qarşısını alır

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR