“Neftçi” futbolçusu azarkeşə yumruq atdı (VİDEO)

“Neftçi” futbolçusu azarkeşə yumruq atdı (VİDEO)
01:08 26 Oktyabr 2016
83 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının 9-cu turunda keçirilәn “Neftçi” – “Qarabağ” oyununda qalmaqallı anlar yaşanıb.

Publika.az “Qafqazinfo”ya istinadən xәbәr verir ki, meydan sahiblәrinin 3 nömrәli futbolçusu Jairo Rodrigez öz qapısına qol vurduqdan sonra azarkeşlәrdәn biri meydana düşüb, onun üzәrinә gedib.

Lakin Jaironun komanda yoldaşı Katalin Tira azarkeşi yumruqla vuraraq meydandan uzaqlaşdırmaq istәyib. Mәsәlәyә polis müdaxilә edәrәk fanatı meydandan çıxarıb və polis bölməsinə aparıb.

Lakin matçın baş hakimi Ramil Diniyev ara sakitlәşәndәn sonra Katalin Tiraya qırmızı vәrәqә göstәrib.

“Neftçi”nin azarkeşlәri bütün ikinci hissә boyu Müşahidә Şurasını vә Çingiz Abdullayevi istefaya çağırıb.

Qeyd edәk ki, matç 2:0 hesabı ilә “Qarabağ”ın xeyrinә başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR