Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Samsung”dan “Note” brendi ilə bağlı qərar

“Samsung”dan “Note” brendi ilə bağlı qərar

Date: 26 October 2016 01:51

Hazırda qabaqcıl “Note7” fabletləri ilə bağlı mövcud problemə baxmayaraq, “Samsung” şirkəti 2011-ci ildə işə salınmış məşhur istehsal xəttini bağlamaq niyyətində deyil.

Axşam.az ICTnews-a istinadən xəbər verir ki, “Note7” qurğusunda batareyanın alışıb yanması riski səbəbindən yaranmış qalmaqal brendin nüfuzuna ciddi zərər vurub.

“Samsung” artıq 2016-cı ilin 4-cü rübünə proqnozunu azaldıb.

“Samsung” bu vəziyyəti düzəltməyə çalışıb və satılmış 2,5 milyon qurğunu geri çağıraraq onları yenisi ilə dəyişib. Ancaq məlum olub ki, hətta yeni partiyadan olan modellər də alışıb yanmağa meyillidir.

Bütün bunlara baxmayaraq, şirkət “Note” brendindən imtina etməyəcəyi və “Note 8” də istehsal edəcəyi bildirilir.


Tags:  Samsungdan Note brendi bağlı qərar


RƏYLƏR


Top news