Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Diyarbəkirin meri tutuldu

Diyarbəkirin meri tutuldu

Date: 26 October 2016 02:19

Türkiyə polisi terror fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir şəhərinin bələdiyyə başqanı Gültan Kışanak ilə Bələdiyyə  Məclisinin üzvü Fırat Anlını saxlayıb.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, saxlanılanlar PKK ilə əlaqəli olan Xalqların Demokratik Partiyasının (HDP) üzvüdür.    

 

Gültan Kışanak və Fırat Anlı saxlanıldıqdan sonra onların evinə və bələdiyyə binasındakı iş otaqlarına baxış keçirilib. İki saatadək davam edən axtarış zamanı iki kompyuter,  yaddaş kartları və bir neçə kitab polis əməkdaşları tərəfindən götürülüb.

 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə rəhbərliyi 28 yerli özünüidarəetmə orqanlarının rəhbərini vəzifəsindən kənarlaşdırmağı qərara alıb.  


Tags:  Diyarbəkirin meri tutuldu


RƏYLƏR


Top news