Bakıda qəza: sürücüləri FHN xilas etdi

Bakıda qəza: sürücüləri FHN xilas etdi
04:08 26 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Pirallahıda yol qəzası qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Pirallahı rayonunda Dübəndi magistral avtomobil yolunda iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq hər iki minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücüləri çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 23:37-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR