Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vüqar Məmməd: "İngiltərəyə məğlub olsaq da, millidə heç kim ruhdan düşməyib"

Vüqar Məmməd: "İngiltərəyə məğlub olsaq da, millidə heç kim ruhdan düşməyib"

Date: 26 October 2016 05:27

Buxarest. 26 oktyabr. REPORT.AZ/ "Məğlub olmağı sevmirəm. Oyunun nəticəsindən təbii ki, razı qalmadım. Söhbət İngiltərə millisindən gedir, hansı ki, rəqiblərinin qapısından hər oyun ən az 3, ən çox 8 qol keçirir. Belçika yığması ilə iki oyuna 9, Almaniya kimi komandaya 8, Xorvatiyaya 5 qol vurub və qapılarından qol buraxmayıblar. Əlbəttə İngiltərə bu turnirdə ən güclü komandadır. Onlar nəinki birinci, hətta 2-ci mərhələni də rahat keçəcəklər.
Bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd AÇ-2017-nin ilkin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan–İngiltərə oyunundan sonra “Report”un Şərqi Avropa bürosuna müsahibəsində bildirib.
Hesabda 2-0 geridə olsalar da, futbolçularımızın meydanda əzmkar mübarizə apardıqlarının şahidi olduq...
- Toplanışımızın ilk günündən komandanın hər bir üzvünə aşıladım ki, nəyəsə nail olmaq istəyiriksə, əzmkarlıq göstərməliyik. Hələ heç nə itirilməyib. Qarşıda bizi iki oyun gözləyir. Əsas məqsədimiz qalır. Bu mərhələni keçmək niyyətindəyik.
Oyun zamanı hansı futbolçulardan razı qaldınız?
- Gəlin ümumi danışaq, hər hansı bir futbolçunu ayırmaq isətəmzdim. Belə fikirləşirəm ki, bütün futbolçularımdan oyuna görə razı qaldım. Düzdür 1-ci hissədə aşağı tempdə oynadılar. Lakin 2-ci hissədə futbolçularım həqiqətən də əzmkarlıq göstərdilər. Güclü rəqibə açıq oyun oynamağa imkan vermədilər. Hətta 2-ci hissədə meydana çıxan idmançılardan da razı qaldım.
Komanda üzvləri yaranan real qol epizodlarından lazımınca istifadə etmədilər. Sizcə bu, təcrübəsizlikdən irəli gəlir?
- Biz əsasən İngiltərəyə qarşı 2-ci zonadan oyunu qurub əks hücumlardan qol vurmaq şansını yaxalamaq istəyirdik. Amma rəqib komandanın müdafiə xəttində səviyyə baxımından çox güclü "Arsenal", "Mançester Siti" və digər klublardan futbolçuları var. Onların səviyyəsi görünür, ona görə hücum xəttində bizdə alınmırdı.
Növbəti oyunlarda yığma Avstriya və Rumıniyaya qarşı mübarizə aparacaq. Oyunlarla bağlı futbolçularımıza hansı təlimatları verəcəksiniz?
- İlk öncədən növbəti mərhələyə keçməyi qarşımıza məqsəd qoymuşuq. Bu o demək deyil ki, ilk oyunda məğlub olduq və əl-qolumuzu sallayıb gözləyəcəyik. Belə olmayacaq. Biz artıq qarşıdakı 2 oyuna çox yaxşı hazırlaşıb mərhələni keçəcəyik. Düzdür meydan sahibi Rumıniya millisi də bu gün Avstriyaya məğlub oldu. Bu, futboldur. Millidə heç kim ruhdan düşməyib. Oyundan sonra futbolçularla görüşdüm və vəziyyəti onlara izah etdim. Komandada əhval-ruhiyyə yaxşıdır.

Tags:  Vüqar Məmməd İngiltərəyə məğlub olsaq millidə heç kim ruhdan düşməyib

RƏYLƏR


Top news