Fərid Nadirov: "Avstriya və Rumıniya milliləri üzərində qələbə qazanacağıq"

Fərid Nadirov: "Avstriya və Rumıniya milliləri üzərində qələbə qazanacağıq"
06:37 26 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Buxarest. 26 oktyabr. REPORT.AZ/ "Bildiyiniz kimi İngiltərə güclü komandadır. İndiyədək Xorvatiya, Yunanıstan və digər millilər üzərində böyükhesablı qələbələr qazanıb. Görüşdə uşaqlar sonadək mübarizə apardılar, döyüşdülər. Müəllimlərimiz oyunumuzdan razı qaldılar. Millidə yaxşı potensiallı oyunçular var. Hesab edirəm ki, növbəti oyunlarda Avrsitya və Rumıniya milliləri üzərində qələbə qazanacağıq".
Bunu Buxarestdə AÇ-2017-nin seçmə turu çərçivəsində İngiltərə yığmasına 2:0-lıq məğlubiyyətdən sonra Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü Fərid Nadirov ("Qəbələ") deyib.
"Report" komandanın digər üzvlərinin də oyun haqqında fikirlərini öyrənib...
Məhəmməd Can Tuncer ("Altınordu", İzmir):
- İngilislərə qarşı daha yaxşı oynadığımızı deyə bilərəm. Bu bizim üçün bir təcrübədir, gələcəkdə daha yaxşı yerlərə çatacağıq. İrəlidəki oyunlara daha yaxşı motivasiya ilə çıxıb, komandamızla birgə meydanı qalib tərk edəcəyik.
Murad Mahmudov – ("RB Leipzig"):
- Əlimizdən gələni etdik. Hesab edirəm ki, İngiltərə millisi çempionatın ən güclü komandalarından biri olacaq. Biz çalışdıq. Oyundan əvvəl bir az həyəcan var idi. İlk hissədə 2 qol buraxdıq, 2-ci hissədə güclü milliyə qarşı daha yaxşı oynadıq.
Mutlu Doğan – ("Altınordu", İzmir):
- Var gücümüzü ortaya qoyduq, komanda halında müdafiə olunduq. Qarşılaşdığımız milli komanda çox güclüdür. Sabah məşqçilərimizlə bu gün buraxdığımız səhvləri təhlil edəcəyik. Avstriya və Rumıniya millilərinə qarşı oyunlara daha yaxşı hazırlaşacayıq.




Xəbərin orijinal ünvanı: http://report.az/futbol/ferid-nadirov-avstriya-ve-ruminiya-millileri-uzerinde-qelebe-qazanacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR