"O da eyni vəziyyətlə üzləşəcək"

"O da eyni vəziyyətlə üzləşəcək"
07:12 26 Oktyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in baş məşqçisi Frank de Bur mövsümə uğursuz startın səbəbləri barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland mütəxəsis hazırlığa az vaxtın olmasını xüsusi vurğulayıb.

"Daha çox vaxtın varsa, komandanı çempionata hazırlamaq imkanı qazana bilərsən. Yoldaşlıq görüşlərində yoxlama olduğumuz komponentləri rəsmi oyunlarda sınaqdan keçiririk. Yayda üzə çıxarmalı olduğumuz problemləri indi üzə çıxarırıq. Hazırlıq matçları elə də çox olmayıb. "İnter" hücumameyilli futbol oynamaq istəyir, bunu həyata keçirmək asan deyil. Bəlkə də, zamanla fəlsəfəmə uyğun ideal heyət quracam. Amma indi reallığı olduğu kimi qəbul etmək lazımdır. Layihəmizin əvvəlində bu situasiya ilə barışmalı oldum. Klub və onun sahibləri də xəbərdar edilmişdi. Yeni məşqçi bu problemləri həll etməyəcək. O da eyni vəziyyətlə üzləşəcək. "Juventus", "Roma", ,"Cagliari" və "Bologna" ilə oyunlarda, 90 dəqiqə olmasa da, görmək istədiyim "İnter"i izlədim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR