Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda yol qəzası baş verib

Bakıda yol qəzası baş verib

Date: 26 October 2016 07:37

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Pirallahı rayonunda Dübəndi magistral avtomobil yolunda iki "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq hər iki minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücüləri çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 23:37-də başa çatıb.

Milli.Az


Tags:  Bakıda yol qəzası baş verib

RƏYLƏR


Top news