"Buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi..."

"Buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi..."
08:12 26 Oktyabr 2016
233 Ölkə
Ölkə mətbuatı
A- A+

DİM-dən sınaq imtahanları ilə bağlı AÇIQLAMA (27 May 2017 14:33)
DİM: Digər rayonlarda keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq (26 May 2017 18:07)
IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin nəticələri nə vaxt açıqlanacaq? (26 May 2017 12:52)

DİM sədri məsələnin müzakirə mövzusu olduğunu deyir

Son zamanlar buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi məsələsi gündəmdədir. Ekspertlərin fikrincə, bu təcrübənin tətbiqi məzunların yükünü azaldar, məzunlar yalnız buraxılış imtahanlarını verərək ali təhsil müəssisələrinə, ya da kolleclərə qəbul ola bilərlər. Eyni zamanda, ali təhsil müəssisələrinə qəbul qaydalarının sadələşdirilməsi ali təhsil üçün xarici ölkələrə axının qarşısını ala bilər.
Buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibət bildirən Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu məsələ müzakirə mövzusudur. DİM sədri bildirib ki, 2 il ərzində bu imtahanların çox yığcam və rahat bir modelinin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

Milli.Az xəbər verir ki, təhsil üzrə ekspert Nadir İsrafilovun "Ekspress"ə bildirdiyinə görə, Məleykə Abbaszadənin buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibəti, bu imtahanların çox yığcam və rahat bir modelinin ictimaiyyətə təqdim ediləcəyi perspektivi baxımından əhəmiyyətli və təqdirəlayiqdir: "Lakin maraqlı burasıdır ki, məsələyə münasibətdə "2 il ərzində" müddət həddi məsələnin hələ də bir müddət uzadılacağından xəbər verir. Hər şeydən əvvəl ona görə ki, bu kimi fikirlər hələ bir neçə bundan qabaq da səsləndirilmişdi".

Müsahibimiz hesab edir ki, digər tərəfdən, belə bir fikir yaranır ki, bu gedişlə məsələni kökündən həll etmək üçün bizə hələ neçə belə "2 il" lazım gələcək: "Ən maraqlısı isə odur ki, biz bütövlükdə təhsillə, konkret halda isə imtahanlarla bağlı prosedurları mürəkkəbləşdirərkən və qəlizləşdirərkən nədənsə müddət baxımından heç bir çətinlik çəkmirik. Yığcamlıq və rahatlıq yaratmaq lazım gələndə isə dərhal müddətlə bağlı möhlətə ehtiyac duyuruq. Başqa sözlə, 125 suala cavab almağa cəmi 180 dəqiqə vaxt verməkdə problem yaşamırıq, sadə bir məsələni həll etmək üçün isə bizə 2 il vaxt tələb olunur".
İsrafilov deyir ki, imtahan təkcə ali məktəblərə sənəd verənlər üçün deyil. Onun sözlərinə görə, dünya təcrübəsində uzun illərdən bəri tətbiq olunan təkpilləli vahid imtahan sistemi bizdə ona görə ləngiyirdi ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. "Artıq bu problem "ikihakimiyyətliliyə" son qoyulmaq yolu ilə çoxdandır ki, həll olunub. Yəni hər iki imtahanı vahid bir qurum həyata keçirir. Bu mənada operativlik və çeviklik üçün lazımi imkanlar var. Bununla belə M.Abbaszadənin son bəyanatları belə nəticəyə gəlməyə əsas verir ki, el dilində desək, "bu xəmir hələ çox su aparacaq".

İsrafilov qeyd edib ki, Abbaszadənin buna bənzər fikirləri yeni ideya olmayıb, zaman-zaman səsləndirilib: "Digər tərəfdən "ola bilsin ki...", "amma...", "aparıla bilər...", "fənlərin sayı dörd olsa...", "bəlkə də esseni yazmaya da bilər...", "buna görə də yazmaq mütləqdir...", "ali məktəblərin özlərinin də razılığı olmalıdır...", "qəbulun aparılmasına razıdırsa....", "heç olmasa, 5 fənn üzrə olarsa...", daha çox ixtisaslara qəbulda nəzərə ala bilərik..." və s bu kimi qətiyyətsiz və sığortaedici ifadələr hələ ki, ümidverici perspektivdən xəbər vermir.

Hər halda "gec olsun, güc olsun" deyib atalarımız. Ümid edək ki, yaxın gələcəkdə də olsa, imtahanların yığcam və rahat bir modeli hazırlanmaqla bu üzücü və məşəqqətli prosesi həqiqi bilik nümayişi bayramına çevirmək mümkün olacaq".

Təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlının sözlərinə görə, sovet məkanında buraxılış imtrahanları ilə qəbul imtahanlarının bir keçirilməsi təcrübəsi vardı: "Elə xarici ölkələr var ki, orada buraxılış imtahanları əsasında məzunlar ali təhsil müəssisələrinə qəbul olur. Bunun tətbiqi beynəlxalq təcrübəyə əsaslanıb. Azərbaycanda bunun nə dərəcədə səmərəli keçiriləcəyi hələ sual altındadır".

Zülfüqarlı bildirib ki, buraxılış imtahanlarının qəbul imtahanları ilə birləşdirilməsinin müsbət tərəfləri çoxdur: "Nəzərə alsaq ki, bir sıra inkişaf etmiş ölkələrdə tələbə qəbulu sadəcə attestatla da aparılır, qəbul imtahanlarının bizdə də sadələşdirilməsi zərurəti yaranır. Əks halda, xarici ölkələrə tələbə axını davam edəcək. Buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi məzunları əlavə yükdən azad edir".

Həmsöhbətimizə görə, ümumiyyətlə, qəbul imtahanlarını sadələşdirmək lazımdır ki, ali təhsil almağı arzulayan məzunlar ali təhsil müəssisələrinə qəbul ola bilsinlər. Tələbə qəbulu artsın.

Onun dediyinə görə, buraxılış imtahanlarına ciddi nəzarət olunmalıdır ki, neqativ hallar aradan qaldırılsın: "Tələbə qəbulu obyektiv keçirilməlidir ki, təhsil müəssisələrində yaxşı kadr yetişdirilsin".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan-Rusiya sərhədində əməliyyat keçirilir

29 May 2017 11:49

Arda Turanaın "Barsa"dan gedəcəyini göstərən fakt - FOTO

29 May 2017 11:47

AİLƏ FACİƏSİ: Ər evini yandırdı, arvadını boğub öldürdü, qızları isə.... - FOTO

29 May 2017 11:38

Adı Hadisə ilə hallanan iş adamının yeni sevgilsi "playboy" çıxdı - FOTO

29 May 2017 11:37

Azərbaycan-Rusiya sərhədində ƏMƏLİYYAT - Polis postları quruldu

29 May 2017 11:32

Azərbaycanlı aparıcıdan ŞOK İDDİA

29 May 2017 11:32

ABŞ-da aktiv neft quyularının sayında artım səngiməyə başlayıb

29 May 2017 11:27

Düz 1 ildir bahalı avtomobilini oradan çıxara bilmir - FOTO

29 May 2017 11:27

Ramazan ayında niyə xurma yeyilir?

29 May 2017 11:27

Sel aparan körpü bərpa olunur - FOTO - VİDEO

29 May 2017 11:24

Futbol oyununda qeyri-adi vəziyyət (VİDEO)

29 May 2017 11:22

Teleaparıcı soyundu: "Paltarım saçlarımdır" - FOTO

29 May 2017 11:22

Cümhuriyyət öz xilaskarını həbsdən necə qaçırdı? - İLGİNC HEKAYƏT

29 May 2017 11:19

Dubay polisinin avtomobilləri rekord qırdı - FOTO

29 May 2017 11:18

Ailə faciəsi: 3 nəfər öldü - FOTO

29 May 2017 11:17

Dünya şöhrətli məşqçi qovuldu

29 May 2017 11:17

Bülənt Ərsoy: "Heç vecimə də deyil" - FOTO

29 May 2017 11:12

Yol polisi "hacı pivəsi" içən sürücünü "sərxoş" tutdu - Bakıda şok olay

29 May 2017 11:12

Mağazalarda oruclular üçün qoyulan suya, xurmaya tamah salanlar...

29 May 2017 11:05

Bakıda Türkiyə vətəndaşı avtomobillə adam öldürdü

29 May 2017 11:05

Satqına rəhm acizanəlikdir

29 May 2017 11:05

Niyam Salamidən Aygün, Faiq və Röyaya SƏRT SÖZLƏR

29 May 2017 11:04

NATO PA-nın prezidenti: “Dövlətlərin ərazi bütövlüyünün qorunması NATO üçün mühüm əhəmiyyət kəsb edir”

29 May 2017 11:02

Kim Çen Indan dəhşətli müharibəyə səbəb olacaq hərəkət...

29 May 2017 11:02

"Tarixin canlı səhifələri" V Gənclər festivalı keçirildi (FOTO)

29 May 2017 11:01

Oruclu halda baş ağrılarından necə xilas olaq?

29 May 2017 10:59

Millimizlə oyun öncəsi Şimali İrlandiyada İTKİ

29 May 2017 10:57

Ərini bacısına öldürtdürən mafiya başçısı tutuldu - FOTOLAR

29 May 2017 10:53

Orucun faydaları

29 May 2017 10:49

Baş nazir: “Gürcüstan öz tərəfdaşları ilə regional layihələrin təhlükəsizliyini yüksək səviyyədə qoruyur”

29 May 2017 10:47

"Beşiktaş"ı çempion edən qələbə - VİDEO

29 May 2017 10:47

Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı

29 May 2017 10:45

Belçikada Ərdoğan tərəfdarına qarşı VƏHŞİLİK - FOTO

29 May 2017 10:43

Bakıda sərnişin avtobusunda qızın beli qırıldı

29 May 2017 10:42

Lalə Məmmədova: "Anaları onların başını əyəcək iş görməyib" - VİDEO

29 May 2017 10:42

Kim gəlir, kim gedir?

29 May 2017 10:37

Bu gecə Azərbaycan səmasından nə keçib?

29 May 2017 10:34

Neft ucuzlaşdı

29 May 2017 10:33

Kaliforniya Senatının və Assambleyasının üzvləri Azərbaycanla bağlı qətnamə qəbul ediblər

29 May 2017 10:32

"Qarabağdakı məscidlərdə mal-qara saxlanılır" - ERMƏNİ VƏHŞİLİYİ

29 May 2017 10:32

Kiş çayı üzərində körpü bərpa edilir

29 May 2017 10:32

Milyarderlə məşhur model evləndilər - FOTO

29 May 2017 10:32

Filippində İŞİD-i dəstəkləyən silahlılarla döyüşlər davam edir: 42 ölü

29 May 2017 10:29

Bülent Ərsoy: " İlan sancması mənə vız gəlir"

29 May 2017 10:29

Azərbaycanın Avropa Akkreditasiya Təşkilatında təmsil olunmasına razılıq əldə olunub

29 May 2017 10:29

“Maşın şou”nun iştirakçısı

29 May 2017 10:28

Cinayətkarın telefon dəftərçəsindən dövlət adamlarının nömrəsi çıxdı

29 May 2017 10:25

"Aygün, Faiq və Röya mənim pilləmə qalxa bilməzlər" - VİDEO

29 May 2017 10:22

Türk futbolçu məşqçisini tənqid etdi: "Heç nə alınmadı"

29 May 2017 10:22

DTX-da YENİ TƏYİNAT: general-mayor rəis müavin oldu

29 May 2017 10:19