Mundialın 5-ci iştirakçısı

Mundialın 5-ci iştirakçısı
08:22 26 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Klublararası dünya çempionatında çıxış edəcək daha bir komanda müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, CAR-ın "Mamelodi Sandaunz" klubu Afrika Çempionlar Liqasının qalibi kimi mundiala vəsiqə əldə edib.

Final matçında Misir "Zamalek"ini iki oyunun (3:0, 0:1) nəticəsində üstələyən CAR təmsilçisi dekabrın 8-18-də Yaponiyada təşkil olunacaq dünya çempionatında qüvvəsini sınayacaq.
 
Bununla da yarışda iştirak edəcək 7 komandadan 5-i məlum olub. CAR klubunadək "Real"ın Avropanı, "Atletiko"nun Cənubi Amerikanı, Amerikanın KONKAKAF-ı, "Oklend Siti"nin Okeaniyanı təmsil edəcəyi dəqiqləşmişdi. Hələlik yalnız meydan sahibi Yaponiyanı və Asiyanı təmsil edəcək klublar dəqiqləşməyib.
 
Qeyd edək ki, afrikalılar mundiala 1/4 final mərhələsindən başlayacaq. "Mamelodi Sandaunz"un rəqibi ilkin mərhələnin qalibi olacaq. Bu oyunda Yaponiya çempionu ilə Okeaniyanın ən yaxşısı olan "Oklend Siti" (Yeni Zelandiya) üz-üzə gələcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR