Azərbaycan Gürcüstana ixracı azaltdı

Azərbaycan Gürcüstana ixracı azaltdı
08:27 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Gürcüstana məhsul ixracının həcmi 17,4 faiz azalaraq ümumilikdə 321,16 milyon dollar təşkil edib. Milli.Az bildirir ki, Trend bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatına istinadən məlumat verir.

Hesabata görə, Azərbaycan Gürcüstanın məhsul idxal etdiyi ölkələr arasında 6-cı yeri tutur.

Bu siyahıda liderliyi Kanada edir - təxminən 1,8 milyard dollar, daha sonra Türkiyə 997,8 milyon dollarla ikinci yerdə, İrlandiya isə 620,34 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

Hesabata görə, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanla Azərbaycan arasında mal dövriyyəsi 415,1 milyon dollar təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/483163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR