Jayro Rodriges: Mütləq "rekord"a az qalıb

Jayro Rodriges: Mütləq "rekord"a az qalıb
09:32 26 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin futbolçusu Jayro Filyo Rodriges mövsümdə 3-cü dəfə avtoqol müəllifi olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk olaraq Azərbaycan Premyer Liqasının III turunun "Qarabağ"la avqustun 21-də keçirilən qarşılaşmasında (0:3) öz qapısına qol vuran braziliyalı, daha sonra sentyabrın 10-da baş tutan IV turun "Qəbələ" ilə görüşündə (0:8) də eyni xətaya yol vermişdi. Jayro bir də çempionatın IX turunda dünən baş tutan "Qarabağ"la oyunda öz qapıçısını məyus edib.

Bununla da Rodriges üç dəfə avtoqola imza atan 4-cü futbolçu kimi Azərbaycan çempionatları tarixinə düşüb. O, Natiq Qasımov, Ayxan Abbasov və Saşa Yunisoğlunun antirekorduna şərik çıxıb.
 
Lakin Jayro öz qapısından ən çox - 3 qol keçirmiş əcnəbi futbolçu kimi də tarixə düşüb. Braziliyalı eyni mövsümdə 1-dən artıq avtoqol edən 5 oyunçudan biridir.
 
Jayro 2005/06 mövsümündə ikisi eyni oyunda olmaqla öz qapısına 3 qol vuran Natiq Qasımovun (MOİK) bu antirekordunu da təkrarlayıb. Ruslan Abışov ("Neftçi") 2011/12, Eltun Yaqublu isə (AZAL) 2014/15 mövsümlərində 2 dəfə üzüntü yaşayıb.
 
Ümumilikdə isə Jayro 1-dən çox avtoqol müəllifi olan 20 futbolçudan biridir. 4 oyunçu 3 dəfə belə uğursuzluqla üzləşibsə, 16 futbolçu 2 dəfə öz qapıçısını məyus edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR