Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının hansı yollarında sıxlıq var?

Bakının hansı yollarında sıxlıq var?

Date: 26 October 2016 09:47

Hazırda paytaxtın əsasən mərkəzi küçə və prospektlərində, o cümlədən Ağa Nemətulla küçəsindən "N.Nərimanov" m/st istiqamətinə, Tbilisi prospektindən şəhər mərkəzi istiqamətinə, Afiyəddin Cəlilov küçəsində və Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Milli.Az APA-ya istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, ötən gün tıxacın olduğu Binəqədi şosesində isə vəziyyət nisbətən düzəlib. Hazırda Binəqədi qəsəbəsindən şəhər istiqamətində sıxlıq müşahidə edilir. Ötən gün bu yolda yaranmış vəziyyətlə əlaqədar 9 marşrut xətti üzrə edilən dəyişiklik artıq aradan qaldırılıb və avtobuslar əvvəlki trayektoriya ilə hərəkət edirlər.
 
"Binəqədi şosesində yağış sularının dolması səbəbindən, həmin yoldan keçən 20-yə yaxın sərnişin avtobusunda texniki nasazlıq yaranıb. Hazırda BNA və həmin avtobusların aid olduğu daşıyıcılar sərnişinlərin vaxtında gediş-gəlişini təmin etmək və avtobuslararası intervalların artmaması üçün zəruri tədbirlər görür", - deyə BNA-dan bildirilib.

Milli.Az


Tags:  Bakının hansı yollarında sıxlıq var

RƏYLƏR


Top news