Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu il Azərbaycanda qanunsuz ov edən 16 xarici vətəndaş saxlanılıb

Bu il Azərbaycanda qanunsuz ov edən 16 xarici vətəndaş saxlanılıb

Date: 26 October 2016 09:52

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 2016-cı ilin 10 ayı ərzində “Ovçuluq haqqında” və “Heyvanat aləminin mühafizəsi haqqında” qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə ölkə ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə reydlər keçirilib.
Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məılumata görə, reydlər zamanı qanunsuz ovla məşğul olan 137 yerli vətəndaş saxlanılıb, onlardan 119 ov tüfəngi, 415 patron, 17 baş qanunsuz ovlanmış quş götürülüb.
Eyni zamanda Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və “Ağgöl” Milli Parkında qadağan olunan alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən 16 əcnəbi vətəndaş saxlanılıb və onlardan ov məqsədilə istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb. Həmin şəxslər Birləşmiş Ərəb Əmirliklərinin, Türkiyə, Pakistan, İraq və Suriyanın vətəndaşlarıdır. 
Nazirlikdən bildirilib ki, inzibati xəta törətmiş qanun pozucuları barəsində protokol tərtib olunaraq, ümumilikdə 144 nəfər inzibati qaydada 162600 manat məbləğində cərimə edilib. Sənəd təqdim etməyən 9 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub.
Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.
Hazırda ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Tags:  il Azərbaycanda qanunsuz ov edən 16 xarici vətəndaş saxlanılıb

RƏYLƏR


Top news