Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

UNHCR: Bu il Aralıq dənizində 3740 qaçqın və köçkün batıb

UNHCR: Bu il Aralıq dənizində 3740 qaçqın və köçkün batıb

Date: 26 October 2016 09:57

Bakı. 26 oktyabr. REPORT.AZ/ Aralıq dənizi vasitəsilə Avropa sahillərinə çatmaq istəyən qaçqın və köçkünlərin sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, bu il belə təhlükəli səyahət zamanı 3740 nəfər batıb.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) mətbuat katibi Uilyam Spindler Cenevrədə keçirdiyi brifinqdə bildirib.
O, məlumat verib ki, 2016-cı ildə Aralıq dənizi vasitəsilə Avropa sahillərinə təxminən 328 min miqrant və sığınacaq axtaran gəlib. Müqayisə üçün bildirək ki, ötən il bu rəqəm bir milyondan artıq olub.
U.Spindler UNHCR-də Aralıq dənizində qaçqın və miqrantların ölüm səviyyəsinin yüksək olmasına görə, narahatlıq yarandığını qeyd edib.
Onun sözlərinə görə, faciəli hadisələrin böyük hissəsi qaçaqmalçıların köhnə və belə səfər üçün yararsız gəmilərdən istifadə etməsiylə bağlıdır. Bəzi qəzalar isə dənizdə əlverişsiz havanın müşahidə olunması nəticəsində baş verib.

Tags:  UNHCR Bu il Aralıq dənizində 3740 qaçqın köçkün batıb

RƏYLƏR


Top news