Kəlbəcərə yağan qar: Ceyms Uorlik sevinir, kəlbəcərli köçkünlər isə...

Kəlbəcərə yağan qar: Ceyms Uorlik sevinir, kəlbəcərli köçkünlər isə...
09:57 26 Oktyabr 2016
681 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarabağa dair çoxdan dalana dirənmiş və aprel döyüşlərindən sonra prezidentlər arasında baş tutan iki görüş istina olmaqla faktiki olaraq dayandırılmış nizamlama prosesində hansısa formal canlanma yaratmaq üçün regionda səfərdə olan Minsk Qrupu həmsədrləri dünən İrəvanda müzakirələrə başlayıblar.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bundan əvvəl Bakıda olan həmsədrlər təmas xəttini keçərək Dağlıq Qarabağa gediblər. Xankəndidəki rejimlə təmasdan sonra diplomatlar maşınla işğal altındakı Kəlbəcər rayonundan keçərək Ermənistana gediblər.

Bu dəfə həmsədrlər adından daha çox amerikalı həmsədr Ceyms Uorlik danışır və o, Bakıda olduğu kimi İrəvanda da ABŞ səfirliyinin binasında jurnalistlər qarşısına çıxıb.

"Mən Kəlbəcərdən elə indi gəlmişəm. Maşınla Kəlbəcərdən keçib gəlmək imkanı yaranmışdı və mən sevinc hissi ilə demək istəyirəm ki, oraya qar yağırdı", - amerikalı diplomat sifətində geniş təbəssümlə erməni jurnalistlərə bildirib.

Diplomat regiona budəfəki səfərlərinin məqsədi haqda danışıb, deyib ki, onlar təmas xəttində atəşkəsə əməl olunmasına layiqli münasibət barədə müzakirələr aparmaq üçün gəliblər. Və Ceyms Uorlik qeyd edib ki, bir neçə aydır təmas xəttində əsasən sakitlikdir. Hərçənd bir neçə insident (əsgər ölümləri ilə nəticələnən) baş verib ki, bunlarla bağlı tərəflərlə ayrı-ayrılıqda söhbət aparmaq lazımdır.

Ceyms Uorlikin sözlərinə görə, bütün tərəflər səfir Anjey Kaspşikin rəhbərlik etdiyi müşahidəçi qrupun genişləndirilməsi ilə razıdır:"Səfir Kaspşikin missiyasının genişləndirilməsi ilə bağlı razılıq var və səfərimizdə məqsəd bu razılaşmanı reallaşdırmaq üçün bir neçə detal üzərində işləməkdir".

Xəbər verildiyi kimi Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, prezidentlərin görüşündə ən vacib mövzulardan biri işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsidir.Uorlik İrəvanda jurnalistlərin bu barədə sualına cavabında belə bir bəyanatla çıxış etdiyini inkar etməyib və ümumi konteksdən heç nə çıxarmamağa çağırıb.

"Nizamlanmanın bütün komponentləri masa üzərində olmalı və müzakirə olunmalıdır. Siz hansısa bir sualı götürüb onu kontekstən çıxara bilməzsiz. Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması müzakirə olunmalı, eyni zamanda Dağlıq Qarabağın yekun statusu açıq şəkildə müzakirə olunmalıdır. Başqa suallar da var, biz qaçqınlar və daxildəki məcburi köçkünlərin qayıtması məsələsini də müzakirə etməliyik. Açıq deməliyik ki, beynəlxalq sülhməramlı qüvvələr hansı formada olmalı və hansı səlahiyyətləri olmalıdır. Həmçinin dəhliz məsələsi müzakirə olunmalıdır. Bütün bunlar sistemli həllin tərkibidir", - deyə Uorlik bildirib.

Ermənistan və Azərbaycan prezidentlərinin görüşünə gəldikdə isə həmsədr deyib ki, beynəlxalq vasitəçilər indi belə bir görüş təşkil eləməyə çalışırlar.

Ceyms Uorlikin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın "Vesti 24" telekanalına müsahibəsində Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü haqda dediklərini alqışlamaq lazımdır. Çünki bu, Dağlıq Qarabağın statusuna dair polemikaları başlatmış olur. "İlham Əliyevin dedikləri son qərar deyil, ancaq status məsələsində açıq diskussiyaları başlatmaq baxımından mühümdür və ən azından bu səbəbdən alqışlanmalıdır", - o deyib.

Ümumiyyətlə, amerikalı diplomat həm işğal altındakı ərazilərin qaytarılmasının vacibliyi, həm münaqişəyə dair digər mövzularda danışarkən obyektiv vasitəçi imici yaratmaq istəyib. Bu da görünür, başadüşüləndir. Çünki bu yaxınlarda ABŞ dövlət katibi  Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həllinin qeyri-mümkün olduğu haqda çox pessimist bəyanatla çıxış etdi. Üstəlik bunun məsuliyyətini hər iki tərəfin, yəni həm də Azərbaycan tərəfinin üzərinə yüklədi. Kerrinin bu bəyanatı Bakıda haqlı narazılıq və prezident İlham Əliyev səviyyəsində etiraz doğurdu. Münaqişənin həllinin mümkün olmadığını və buna görə həm də əraziləri işğala məruz qalan tərəfin məsuliyyət daşıdığını bu məsələ ilə məşğul olan həmsədr ölkə, dünyanın ən qüdrətli dövlətinin üçüncü ən yüksək rütbəli şəxsi deyirsə, o zaman kimə ümid edəsən? Belə bəyanatlar işğalçı ölkəni status-kvonu saxlamağa həvəsləndirməkdən başqa nəyə yarayacaq?

Və indi amerikalı həmsədr dövlət katibinin bəyanatının təsirlərini yumşaltmağa çalışır və ərazilərin işğaldan azad edilməsinin vacibliyi haqda (status məsələsi ilə birlikdə olsa da ) həm Bakıda, həm İrəvanda bəyanatlar verir. Lakin belə bəyanatlar Birləşmiş Ştatların və digər həmsədr ölkələrin münaqişənin həllinə yönəlmiş real səyləri ilə uzlaşsa, təsirli ola bilərdi. Yoxsa Kəlbəcərdə qar mənzərələrini görüb sevinmək heç nəyi həll etmir. Ceyms Uorlik bu mənzərədən sevinə bilər, ancaq torpaqları işğal altında olan kəlbəcərlilər 24 ilə yaxındır ki, oraya qarın necə yağdığını ancaq xəyal edib köks ötürə bilirlər...

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ağdaşda “Chevrolet” su kanalına düşdü - Sürücü həyatını itridi

19 Avqust 2017 19:08

Bu oteldə qalanlar hər ana ölə bilər

19 Avqust 2017 19:08

Könül Xasıyevaya qarşı dələduzluq - 70 min manatını aldılar

19 Avqust 2017 18:59

Müəllimlərin əmək haqları artırılacaq

19 Avqust 2017 18:56

Əfsanəvi dizaynerin HİKMƏTLİ FİKİRLƏRİ: “Əsl alicənablıq nankorluğu bağışlamaq bacarığıdır”

19 Avqust 2017 18:48

Renat Dadaşov dubl etdi, "Ayntraxt" qələbə qazandı

19 Avqust 2017 18:47

Ata və 2 oğlunu güllələdi

19 Avqust 2017 18:47

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda körpələr evi-uşaq bağçası inşa edilib

19 Avqust 2017 18:42

“Chevrolet” Yuxarı Şirvan kanalına aşıb: ölən var

19 Avqust 2017 18:39

Ağdaşda “Chevrolet” su kanalına düşdü

19 Avqust 2017 18:35

Qadınlarda ombanın böyüməsinin SƏBƏBİ bəlli oldu

19 Avqust 2017 18:33

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib

19 Avqust 2017 18:32

İŞİD Surqutdakı hücumu öz üzərinə götürüb

19 Avqust 2017 18:24

İdeal plov hazırlamaq üçün ölkənin baş kulinarından A-dan Z-yə hər şey

19 Avqust 2017 18:23

Tarkanın vəfat etmiş atası...

19 Avqust 2017 18:15

2018-ci ilin yanvarından 40 minə yaxın müəllimin əmək haqqı artırılacaq

19 Avqust 2017 18:13

Zəncəfilin möcüzəvi faydaları

19 Avqust 2017 18:02

Məşhur futbol klubu verdiyi sözü tutdu

19 Avqust 2017 17:58

Dmitri Nazarov: "Daha yaxşı nəticələrimiz irəlidədir"

19 Avqust 2017 17:57

9 nəfəri ildırım vurdu

19 Avqust 2017 17:55

Prezident Samuxda yeni yolun açılışını etdi

19 Avqust 2017 17:54

Vizit kartını iki əllə təqdim et, başına toxunma, bərkdən danış - QƏRİBƏ ADƏTLƏR

19 Avqust 2017 17:53

İŞİD Surqutdakı hücumun məsuliyyətini üzərinə götürüb

19 Avqust 2017 17:42

Türkiyədə dövlət xəstəxanasında rəzalət

19 Avqust 2017 17:39

Prezidentdən 24 yaş böyük həyat yoldaşı: “Geyimimə diqqət yetirilməsini sevmirəm ”

19 Avqust 2017 17:38

İlham Əliyev Samuxda səfərdədir (YENİLƏNİR)

19 Avqust 2017 17:33

Azərbaycandakı səhmdar cəmiyyətlərdən birinin rəhbərliyi yenidən formalaşdırılacaq

19 Avqust 2017 17:32

Yaponiyada 9 nəfər ildırım vurmasına görə xəstəxanaya yerləşdirilib

19 Avqust 2017 17:32

Göygöldə Respublika Süni Mayalanma Mərkəzi fəaliyyətə başlayıb

19 Avqust 2017 17:27

Rauf Əliyev yeni klubunda debüt etdi

19 Avqust 2017 17:27

Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışı olub

19 Avqust 2017 17:27

106 yaşlı qadını ölkədən qovdular

19 Avqust 2017 17:26

Acunun “O Səs Türkiyə”yə dəvət etdiyi müğənni Aybəniz Haşımovanın qızından nələr dedi? - FOTO/MÜSAHİBƏ

19 Avqust 2017 17:18

Çinarə canlı yayımda...

19 Avqust 2017 17:09

Kimin nə qədər nüvə silahı var? – İNFOQRAFİKA

19 Avqust 2017 17:08

Donald Tramp Əfqanıstan ilə bağlı yeni qərarlar qəbul olunduğunu bildirib

19 Avqust 2017 17:02

Lerikdə minik avtomobili dərəyə aşıb

19 Avqust 2017 16:56

Jirinovski Moskva bazarında corab satdı - VİDEO

19 Avqust 2017 16:53

40 milyonluq futbolçunun cəmi 1 forması satıldı - "Barselona" şokda

19 Avqust 2017 16:47

Diş ağrısından qurtulmağın ƏN SADƏ YOLU: cəmi yarım qaşıq...

19 Avqust 2017 16:43

Müğənni sevənləri ilə vidalaşdı

19 Avqust 2017 16:41

200 milyonluq transfer reallaşır - Anlaşdılar

19 Avqust 2017 16:37

Yeni ordu rəhbərindən Türkiyəyə TƏHDİD: “Söz veririk ki...”

19 Avqust 2017 16:33

Ərik mürəbbəsinin hazırlanması

19 Avqust 2017 16:31

Yeni iddia: PSJ "Monako"nun hücumçusunu 180 milyon avroya transfer edib

19 Avqust 2017 16:27

İspaniyada terror təhlükəsinin dördüncü səviyyəsi saxlanılıb

19 Avqust 2017 16:27

AĞLASIĞMAZ Stalin repressiyaları - 1937-ci il

19 Avqust 2017 16:18

DSMF dəftərxana ləvazimatları və təsərrüfat malları almaq istəyir

19 Avqust 2017 16:17

Bıçaqlı şəxs 8 nəfərə xəsarət yetirdi

19 Avqust 2017 16:15

Səbuhi Xanlarovun vəziyyəti pisləşdi, küçədə huşunu itirdi

19 Avqust 2017 16:13