Binəqədidə 9 marşrut xətti üzrə dəyişikliklər aradan qaldırılıb

Binəqədidə 9 marşrut xətti üzrə dəyişikliklər aradan qaldırılıb
10:02 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ötən gün tıxac yaranan Bakı şəhərinin Binəqədi şosesində vəziyyətin nisbətən düzəldiyi müşahidə edilir. Bu, Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a daxil olan məlumatda bildirilib.
"Hazırda Binəqədi qəsəbəsindən şəhər mərkəsi istiqamətində sıxlıq müşahidə edilir. Ötən gün bu yolda yaranmış vəziyyətlə əlaqədar 9 marşrut xətti üzrə edilən dəyişiklik artıq aradan qaldırılıb və avtobuslar əvvəlki trayektoriya ilə hərəkət edir. BNA bildirir ki, Binəqədi şosesinə yağış sularının dolması ilə əlaqədar həmin yoldan keçən 20-yə yaxın sərnişin avtobusunda texniki nasazlıq yaranıb. Hazırda Agentlik və həmin avtobusların aid olduğu daşıyıcılar sərnişinlərin vaxtında gediş-gəlişini təmin etmək və avtobuslararası intervalın artmaması üçün zəruri tədbirlər görürlər", - deyə BNA-nın məlumatında qeyd edilib.
Xatırladaq ki, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalmışdır. Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradırdı. Dünən yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində dəyişiklik edilmişdir. 
Hazırda isə Bakının əsasən mərkəzi küçə və prospektlərində, o cümlədən Ağa Nemətulla küçəsindən "N.Nərimanov" metro stansiyası istiqaməti, Tbilisi prospekti (mərkəzə doğru), Afiyyədin Cəlilov küçəsi və Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi istiqəmətində) avtonəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bineqedide-9-marsrut-xetti-uzre-deyisiklikler-aradan-qaldirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR