Yeni proqnoz: Neft erası sona çatır

Yeni proqnoz: Neft erası sona çatır
10:12 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZLAR açıqlandı (13 Aprel 2017 09:17)
Novak: "Karbohidrogen erası yaxın onilliklərdə davam edəcək" (07 Mart 2017 05:02)
Neft bahalaşacaq - ​PROQNOZ VERİLDİ! (24 Fevral 2017 16:18)

Neftin dünya bazar qiymətinin necə dəyişəcəyi qlobal gündəmi zəbt etməkdə davam edir. Qlobal tələb-təklif ilə bağlı statistika tarazlıqdan xəbər versə də, bazarda dayanıqlığın formalaşdığından danışmaq hələlik tezdir.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, neftin qiymətindəki stabillik bazardakı tarazlıqla əlaqədardır: "Neftə olan gündəlik tələb bu ilin üçüncü rübündə 96,99 milyon barelə çatıb. Bu rəqəm ikinci rübdə 95,62, birinci rübdə isə 95,36 milyon barel olub. Göründüyü kimi, neftə olan qlobal tələb artır. Beynəlxalq Enerji Akademiyası dördüncü rüb üçün 97,03 milyon barel gündəlik tələb proqnozlaşdırır. Bu, son illərin ən yüksək tələb proqnozudur. Dünya bazarında neft təklifi isə azalır. Belə ki, 2015-ci ilin sonuncu rübündə bazara gündəlik 97,37 milyon barel neft çıxaran enerji ölkələri ixracı bu ilin birinci rübündə 96,61, ikinci rübdə isə 95,93 milyon barelədək azaldıblar. Əgər 2016-cı ilin birinci yarımilinin nəticələrini müqayisə etsək, görərik ki, tələb və təklif təxminən bərabərləşib. Əslində, neftin dünya bazarında qiymətindəki mövsümi stabillik də məhz bazardakı mövcud tarazlıqla bağlıdır".

Ekspert OPEK-in gələn ayın sonuna nəzərdə tutulan toplantısının qiymətlərə nə dərədə təsir göstərəcəyinə də aydınlıq gətirib: "Əvvəlla, qiymətin yaxın zamanlarda kəskin artacağına inanmaq və ya proqnozlaşdırmaq sadəlövhlük olardı. Hələlik, dünya bazarında neftin qiymətini kəskin artıra biləcək iqtisadi faktorlar yoxdur. İkincisi, nə OPEK daxilində, nə də bu qurumdan kənarda neftin hasilatının azaldılması ilə bağlı konsensus yoxdur. Qlobal istehsalın təxminən 40 faizini təmin edən OPEK ən yaxşı halda hasilatı gündəlik 33 milyon barel səviyyəsində dondura bilər ki, bu da hasilatın azaldılması deyil, məhdudlaşdırılmasıdır. Deməli, bu, ən yaxşı halda gündəlik hasilatda 500 min - 1 milyon barel azalma demək olacaq. Üçüncüsü, OPEK-də ikinci ən böyük istehsala malik olan İraq da daxil olmaqla bazarda bir sıra digər oyunçular hasilatı azaltmaqla neft gəlirlərini minimumlaşdırmaq niyyətində deyillər. Gündəlik 4,8 milyon barel hasilata malik olan İraq istehsalı azaltmayacağını rəsmi bəyan edib. Bu arada, neftin qiymətindəki son azalmaların əsas səbəbi də bu bəyanatdır. İraq əsas dövlət gəlirini azaldacaq addımlar atmaqda maraqlı deyil. Əksinə, İraqda İŞİD-ə qarşı mübarizə güclənərsə, rəsmi Bağdad dünya bazarına daha çox neft göndərə biləcək. İran da sanksiyalardan əvvəlki gündəlik 4 milyon barel hasilat səviyyəsinə qayıtmaqda israrlıdır. Bu isə cənub qonşumuzun gündəlik hasilatı daha 500 min barel artıracağı anlamına gəlir. Deməli, yüksək qiymətlərə ümid etməyən bir sıra OPEK ölkələri hasilatı azaltmaqla mövcud gəlirlik səviyyələrini aşağı salmaqda maraqlı deyillər. Nəhayət, OPEK-in ən çox ehtiyatlandığı şist neft (shale oil) faktoru gündəmdədir. Neftin barelinin 60 dollara çatması şist neft hasilatını daha da rentabelli edə bilər ki, bu halda ABŞ və Kanada yenidən bazara daha çox "qara qızıl" göndərəcəklər ki, bu da qiymətlərin daha kəskin azalmasına səbəb ola bilər.

Əslində, bir barel nefti 5 dollara hasil edib 50 dollara satan OPEK ölkələri mövcud qiymətdən razı olmalıdırlar. Çünki dünya bazarında xərcindən 10 dəfə baha qiymətə satılan əmtəələrin sayı heç də çox deyil. Bütövlükdə, orta hesabla xərci 20 dollara olan və bundan 2,5 dəfə baha qiymətə nefti satan digər enerji dövlətlərini də mövcud qiymət praktik olaraq razı salmalıdır. Sadəcə, əksər neft ölkələrinin iqtisadiyyatları yumşaq desək, yüksək neft qiymətlərinə öyrəşdikləri üçün mövcud qiymətlər onlar üçün cəlbedici və sərfəli görünmür".

V.Bayramovun fikrincə, gələn ay OPEK-in hansı qərar qəbul etməsindən asılı olmayaraq, enerji ölkələrinin neft gəlirlərinə baxış strategiyasının dəyişdirilməsi vacibdir: "Artıq sözün həqiqi mənasında post-neft dövrü başlayır. Post-neft isə neftdən sonrakı dövr deməkdir".

İlkin İzzət

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 05:53

Şəmkirdə at gənc oğlana ağır xəsarət yetirib

26 May 2017 05:42

Lara və Qarnet - FOTO

26 May 2017 05:32

Azərbaycanın qadın voleybolçuları Bolqarıstanda təlim-məşq toplanışını keçirlər

26 May 2017 05:17

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb: 11 yaralı

26 May 2017 05:15

Həyətdə paltar yuyan qadına piton hücum etdi

26 May 2017 04:58

91 məhbus həbsxanadan qaçdı

26 May 2017 04:48

Dalğın baxışlı Zoi - FOTO

26 May 2017 04:32

Braziliyada 91 məhbus həbsxanadan qaçıb

26 May 2017 04:22

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 35 dinc sakin həlak olub

26 May 2017 04:12

Jurnalisti döyən siyasətçi azadlıqdan məhrum edilə bilər

26 May 2017 03:38

Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”

26 May 2017 03:17

Yəmənin cənub-qərbində toqquşmalar davam edir: 38 ölü

26 May 2017 03:15

Heç yerdə görmədiyiniz 15 QEYRİ-ADİ MASA - FOTOLAR

26 May 2017 03:03

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 02:37

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 02:36

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

26 May 2017 02:35

Məlahətli Alessandra - FOTO

26 May 2017 02:32

Stella Ediyə çevrildi - FOTO

26 May 2017 02:32

Zukerberq Harvardı tərk etməyindən 12 il sonra elmi dərəcə alıb

26 May 2017 02:22

Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”

26 May 2017 02:07

Stratejik əhəmiyyətə malik kəndlər İŞİD işğalından azad edildi

26 May 2017 01:55

NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib

26 May 2017 01:42

Cazibədar Qal - FOTO

26 May 2017 01:32

"Volfsburq" Bundesliqada qalmaq uğrunda ilk qələbəsini qazandı

26 May 2017 01:30

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

26 May 2017 01:22

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkarlanıb

26 May 2017 01:09

Qorxuducu xəritə:

26 May 2017 00:49

46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR

26 May 2017 00:43

Həmas komandirinin sui-qəsdində şübhəli bilinən şəxs edam edildi

26 May 2017 00:28

NATO-nun sammiti müdafiə və dialoq vasitəsilə Rusiya ilə münasibətlərə doğru yanaşmanı təsdiqləyib

26 May 2017 00:27

MAR-da toqquşma - 300 ölü

26 May 2017 00:18

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkar edilib

26 May 2017 00:12

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirilir

26 May 2017 00:08

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

26 May 2017 00:07

Bakı polisi Somalidən gələn idmançıları axtarır

26 May 2017 00:05

Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul

26 May 2017 00:05

Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur

26 May 2017 00:05

Gəncədə “BMW” ilə qəza törətdi

26 May 2017 00:03

Astroloji proqnoz - 26 may

26 May 2017 00:03

"Moody's" Samir Şərifova etibar edir

25 May 2017 23:57

Trampdan Monteneqro prezidentinə hörmətsizlik -

25 May 2017 23:56

Azərbaycan şərabları Vaşinqton festivalında - FOTO

25 May 2017 23:52

Bu qarışımı qoltuq altına sürtdükdə tüklər birdəfəlik yox olur

25 May 2017 23:52

Müxbiri döyən siyasətçi cəzalanacaq

25 May 2017 23:52

10 yaşında 190 kq - FOTO

25 May 2017 23:50

Piylənmədən ən çox əziyyət çəkən insanlar hansı ölkələrdə yaşayırlar​?

25 May 2017 23:47

"ABŞ maliyyə yardımını azaldarsa"... - BMT

25 May 2017 23:42

“Real” azarkeşləri üçün xüsusi tabut

25 May 2017 23:42

Orqanizmi qısa müddətdə toksinlərdən təmizləməyin YOLU

25 May 2017 23:42