Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

SKMF Samuxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Samuxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Qax rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb (15 Mart 2017 09:07)
Samuxda 50 ha sahədə söyüdlər yandı (15 Mart 2017 05:09)
Şəki-Zaqatalada fəaliyyət göstərən sahibkarlara 224 min manat güzəştli kredit verilib (10 Mart 2017 20:42)

Tarix: 26 Oktyabr 2016 10:22

Bakı. 26 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Samux rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Fond sahibkarlardan iri taxılçılıq, kartofçuluq, üzümçülük, cins heyvandarlıq və istixana təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172; tel.: (012) 434 74 29, faks: (012) 432 37 17; e-mail: info@anfes.gov.az) müraciət edə bilərlər.
Qeyd edək ki, Fond oktyabrın 20-də rayonda işgüzar forum keçirib.

Teqlər:  SKMF Samuxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb



RƏYLƏR


Top xəbərlər