İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakıda yerləşəcək

İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakıda yerləşəcək
10:27 26 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının oktyabrın 18-19-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş 43-cü sessiyasında mənzil-qərargahı Bakı şəhərində yerləşəcək İƏT Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə mətbuat açıqlamasında deyilir.

Bu mərkəzin yaradılması barədə təklif İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 2013-cü ilin 25-26 aprel tarixlərində Bakı şəhərində keçirilmiş ikinci konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Həmin tədbirdə dövlət başçısı Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində aparılan islahatlar və qazanılan uğurlu təcrübənin digər dövlətlər üçün maraqlı olacağını qeyd edib, İƏT-in Bakıda belə bir qurumunun yaradılmasının Təşkilata üzv dövlətlər arasında birliyi daha da möhkəmləndirə biləcəyini vurğulayıb. Təklif konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib və yekdilliklə dəstəklənib.

Sonrakı dövrdə Əmək Mərkəzinin Konsepsiya Sənədi və Nizamnamə layihəsi hazırlanaraq baxılması üçün üzv dövlətlərə təqdim edilib. İƏT-in Əmək məsələləri üzrə Rəhbər Komitəsinin 2014-cü ilin iyun ayında Bakı şəhərində təşkil olunmuş iclasında Əmək Mərkəzi ilə bağlı sənədlərin layihəsi iştirakçı dövlətlərin və İƏT qurumlarının nümayəndələri ilə müzakirə edilib.

Bu tədbirin ardınca 2014-cü ilin iyunun 18-19-da İƏT Xarici İşlər Nazirləri Şurasının Ciddə şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul olunmuş iqtisadi məsələlər üzrə Qətnamədə İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində Azərbaycanın fəallığı qeyd olunub, Azərbaycan prezidenti İlham Əliyevin İƏT-in Bakı şəhərində Əmək Mərkəzinin yaradılması təklifi bir daha alqışlanaraq, bu sahədə Azərbaycanın apardığı səylərə dəstək ifadə olunub.

İƏT əmək nazirlərinin 2015-ci ilin 28-30 oktyabr tarixlərində Cakarta şəhərində keçirilmiş üçüncü konfransında isə Əmək Mərkəzinin Nizamnaməsinin layihəsi nəzərdən keçirilərək bəyənilib və təsdiq olunması üçün İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü Sessiyasına təqdim olunmasına dair qərar qəbul edilib.

Nizamnaməyə əsasən, İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcək. Nizamnamə 10 üzv dövlət tərəfindən ratifikasiya edildikdən sonra yekun qüvvəyə minəcək. İƏT-in ixtisaslaşmış qurumu olacaq mərkəzin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdən ibarətdir.

Qeyd edilən mərkəzin Bakı şəhərində yerləşməsi Azərbaycan və İƏT arasında davamlı əsasda və hərtərəfli genişlənən əməkdaşlığın və təşkilat daxilində ölkəmizin nüfuzunun göstəricisi olmaqla yanaşı, əmək, məşğulluq və sosial müdafiə kimi sahələrdə Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin İƏT tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

İƏT Əmək Mərkəzinin yaradılması üzv dövlətlər arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın stimullaşdırılmasına və daha sistemli şəkildə təşkil olunmasına öz töhfəsini verəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Zenith Energy” Azərbaycanda gündəlik hasilatını 219 barrel artırmağı hədəfləyir

24 Avqust 2017 05:23

ABŞ-ın Minsk qrupunda yeni həmsədri bəlli oldu

24 Avqust 2017 05:14

NATO Donbasdakı atəşkəsi alqışladı

24 Avqust 2017 04:43

Cənubi Çində 9 nəfər qasırğanın qurbanı olub

24 Avqust 2017 04:22

Yevlaxda 2 otaqlı yanıb kül oldu

24 Avqust 2017 04:14

Azərbaycanlı qızın bu videosu izləmə rekordu qırır

24 Avqust 2017 04:03

Gecə saatlarında Bakıda 4 piyadanı avtomobil vurub

24 Avqust 2017 03:52

"Qarabağ"ın uğuru Tvitter-in əsas gündəmi oldu - FOTO

24 Avqust 2017 03:24

"Qarabağ"ın qələbəsi Bakı küçələrində böyük sevinc hissi ilə qeyd olunub

24 Avqust 2017 03:12

Qətər il yarım əvvəl geri çağırılmış səfirini yenidən İrana göndərir

24 Avqust 2017 02:42

Bakıda "QARABAĞ" BAYRAMI - FOTOSESSİYA

24 Avqust 2017 02:33

Bakının mərkəzində qələbə bayramı - VİDEO

24 Avqust 2017 02:29

Tərtərdə 6 otaqlı ev yandı

24 Avqust 2017 02:04

Braziliyada gəmi batıb -

24 Avqust 2017 02:04

Qurban Qurbanov: İkinci hissədə daha soyuqqanlı oynadıq. Hər şey düşündüyümüz kimi alındı

24 Avqust 2017 02:03

"Kopenhagen"inin baş məşqçisi: "Rəqib 2 imkan qazandı və lazımi qaydada yararlanaraq qol vurdu"

24 Avqust 2017 02:02

Qurban Qurbanov: "İlk dəfə məğlubiyyətə sevinirdim"

24 Avqust 2017 01:47

“Oyunun sonlarında nəfəsimiz tutulmuşdu” - Tahir Gözəl

24 Avqust 2017 01:47

Tramp: “Terrorizmlə mübarizədə ciddi irəliləyişə nail olmuşuq”

24 Avqust 2017 01:43

Qurban Qurbanov: "Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı"

24 Avqust 2017 01:42

"Qarabağ" və digərləri - SİYAHI

24 Avqust 2017 01:37

Ermənistanda vəkillər aksiya keçirəcək

24 Avqust 2017 01:35

"Qrabağ"dan sonrakı 4 xoşbəxt

24 Avqust 2017 01:27

"Qarabağ"ın tarixi uğuru -

24 Avqust 2017 01:25

Çempionlar Liqası - Bütün səbətlər müəyyənləşdi

24 Avqust 2017 01:19

"Qarabağ"ın tarixi qələbəsi - VİDEO

24 Avqust 2017 01:17

Bakıda yanğın baş verib

24 Avqust 2017 01:12

"Qarabağ"ın rəqibləri nə vaxt müəyyənləşəcək?

24 Avqust 2017 01:07

"Qarabağ"ın zəfər selfisi - ŞƏRHSİZ

24 Avqust 2017 01:07

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib - VİDEO

24 Avqust 2017 01:03

ÇL-nin qrup mərhələsinə yüksələn bütün komandalar müəyyənləşib

24 Avqust 2017 00:57

Bakıda dənizdə batan şəxs xilas edilib

24 Avqust 2017 00:44

Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

24 Avqust 2017 00:37

"Tarixi məğlubiyyət"

24 Avqust 2017 00:35

Dəməşq beynəlxalq koalisiyadan BMT-yə şikayət edib

24 Avqust 2017 00:22

Yaponiyada dəfn mərasimlərində rahibləri əvəz edəcək robot hazırlanıb

24 Avqust 2017 00:20

Rusiya səfiri ölü tapıldı

24 Avqust 2017 00:14

Rusiyanın Sudandakı səfiri ölü tapılıb

24 Avqust 2017 00:07

Sərnişin qatarı yük qatarı ilə toqquşdu - yaralılar var

23 Avqust 2017 23:59

Sakit mövsümdə doğulan müdrik cavan

23 Avqust 2017 23:53

Amerikalı alimlər istifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırlayıblar

23 Avqust 2017 23:50

Mingəçevirdə ər arvadını bıçaqladı

23 Avqust 2017 23:34

Bakıda sürücülərin unutduğu yol: tıxaca düşmədən mərkəzə aparan yol - VİDEO

23 Avqust 2017 23:33

İraqın şərqində güclü zəlzələ baş verib.

23 Avqust 2017 23:33

Rusiyada landşaft yanğınları 150-dən çox tikilini məhv edib

23 Avqust 2017 23:22

"Darıxanda soyunuram" - FOTOSESSİYA

23 Avqust 2017 23:18

"Qarabağ"da şok itki

23 Avqust 2017 23:17

Ərdoğan Pentaqon rəhbərini qəbul etdi

23 Avqust 2017 23:15

Cərimə meydançasında 4 maşın qarət edilib - Vətəndaşa dəyən ziyanı kim ödəməlidir?

23 Avqust 2017 23:03

Bağdadda vacib görüş -

23 Avqust 2017 22:58