Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 613 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 613 mln. manat kompensasiya ödənilib

Date: 26 October 2016 10:47

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 612,644 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,936 mln. manat, “Zaminbank” ASC - 51,025 mln. manat, “Kredobank” ASC - 23,082 mln. manat, “Dekabank” ASC - 2,858 mln. manat, “Atrabank” ASC - 14,11 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,876 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,098 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,978 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 341,712 mln. manat kompensasiya alıblar. 

Tags:  Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 613 mln manat kompensasiya ödənilib

RƏYLƏR


Top news