Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada 18 il beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyada 18 il beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Date: 26 October 2016 10:47

Bakı. 26 oktyabr. REPORT.AZ/ Rusiyada 18 il beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, ötən ilin mart ayında Voloqda vilayətinin Çerepovets şəhərində saxlanılıb və avtomobilin qəsdən yandırdığına görə, may ayında 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Cəzaçəkmə müəssisəsinin əməkdaşları bir müddətdən sonra məhkumun özünü başqa şəxs kimi qələmə verməsindən şübhələnib və Azərbaycana müvafiq sorğu göndərilib.
Məlum olub ki, vətəndaş artıq 18 ildir hərbi xidmətdən yayınan şəxs kimi beynəlxalq axtarışda olub. Orduda xidmət etmək istəməyən həmin şəxs 1998-ci ildə Rusiyaya qaçaraq o vaxtdan bəri müxtəlif vilayətlərdə saxta adlar altında gizlənib.
O, 2000-ci ildə Moskvada başqa şəxsin adına saxta pasport alıb, bu müddətdə həbsxanada bir neçə dəfə cəza çəkib.
Voloqda vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin İdarəsinin məlumatına görə, Çerepovetsdə törətdiyi cinayətə görə, cəzasını çəkdikdən sonra onun vətənə ekstradisiyası məsələsi həll olunacaq.

Tags:  Rusiyada 18 il beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

RƏYLƏR


Top news