Ülviyyədən verilişinin bağlanmasına münasibət

Ülviyyədən verilişinin bağlanmasına  münasibət
10:51 26 Oktyabr 2016
148 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, “Space” telekanalında efirə gedən “Bu maraqlıdır” verilişinin yayımı dayandırılıb.

Proqramın aparıcısı Ülviyyə Əliyeva Axşam.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“Biz yaradıcı insanlarıq, nə deyilsə edirik. Əgər yuxarı belə qərar verdisə, verilişin bağlanmasını tələb etdisə, demək məsləhət belə imiş. Onlar daha yaxşı bilirlər, biz nə deyə bilərik. Qismət olsa, başqa bir veriliş hazırlayarıq”.

Qeyd edək ki,  MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Bu maraqlıdır” verilişində hər hansı qanun pozuntusu olmasa da, proqramda baş verənlərin efirin toyxanaya çevrilməsi tendensiyasının davam etdiyini söyləyib. O bildirib ki, bu tipli verilişlər xüsusilə “Space”də çoxdur.

Ü.Əliyeva proqramı Ramiz Alışovla birlikdə aparırdı.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR