Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin zavodu ləğv olunub.
“Report”un Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin 20 sentyabr tarixli 353 saylı qərarına və "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin 7 oktyabr tarixli 06/Ü saylı əmrinə əsasən Üzən Nasos Stansiyalarının Hazırlanması və Təmiri Zavodu Meliorasiya-Mexaniki Təmir Zavoduna qoşularaq ləğv edilib.
Kreditorlar tələblərini Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanına bildirə bilərlər.