BANM-də Alman Akademik Mübadilə Xidmətinin təqdimatı olub

BANM-də Alman Akademik Mübadilə Xidmətinin təqdimatı olub
10:57 26 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) müəllim heyəti və V kurs tələbələrinin Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı ofisinin əməkdaşı Rəna Hüseynova ilə görüşü keçirilib.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, BANM-in rektoru Elmar Qasımov deyib ki, tələbələrin xarici ölkələrdə təhsillərini davam etmələri üçün yeni imkanlar yaradılır: "Əminəm ki, ölkəmizin ən güclü ali məktəblərinin məzunları kimi siz Almaniyanın ən nüfuzlu universitetlərində Azərbaycanı layiqincə təmsil edəcəksiz. BANM-i bu il bitirən tələbələrin bir neçəsi müxtəlif təşkilatlardan, o cümlədən SOCAR-ın müəssisələrindən iş təklifləri alıblar. Bu, BANM-də yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının göstəricisidir". 
Rektor bildirib ki, tələbələrin həmçinin magistraturada, eyni zamanda başqa ölkələrdə təhsillərini davam etdirməsi onlara daha dərin bilik və bacarıqlar əldə etmək imkanı verir: "DAAD-ın bu proqramı tələbələrin ilk növbədə xaricdə təhsillərini davam etdirə bilməsini dəstəkləyəcək".
Görüşdə təqdimatla çıxış edən DAAD-ın nümayəndəliyinin əməkdaşı Rəna Hüseynova təşkilat və onun fəaliyyəti haqqında məlumat verib. O, Azərbaycanın ali təhsil ocaqları ilə DAAD-in əməkdaşlığından danışıb: "Alman Akademik Mübadilə Xidməti özündə 238 alman ali təhsil müəssisəsini, dünya üzrə 15 xarici nümayəndəliyi birləşdirir və hər il təxminən 100.000 təqaüd verir".
R.Hüseynova həmçinin görüş iştirakçılarını DAAD-ın əsas fəaliyyət istiqamətləri barədə məlumatlandırıb. O, programın Almaniyanin ali təhsil ocaqlarında və elm mərkəzlərində xarici tələbələrə təqaüd ayırdığını və bununla intellektual gənclərə dəstək olduğunu vurgulayıb. R.Hüseynova Almaniyanın ali məktəblərində təhsil almaq üçün namizədlərin seçimi prosesi barədə və ərizələrin verilməsi qaydaları haqqında da ətraflı məlumat verib.
Görüşün sonunda R.Hüseynova BANM-in müəllimlərinin və tələbələrinin suallarını cavablandırıb.



Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/banm-de-alman-akademik-mubadile-xidmetinin-teqdimati-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR