İnternatda şagird yıxılaraq ağır xəsarət alıb

İnternatda şagird yıxılaraq ağır xəsarət alıb
10:57 26 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakən rayonunda yerləşən internat tipli gimnaziyanın şagirdi yıxılaraq ağır xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə dünən baş verib.
Belə ki, Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziyanın 2-ci sinif şagirdi,  2009-cu il təvəllüdlü Babayev Kənan Araz oğlu təlim-tərbiyə müəssisəsinin ikinci mərtəbəsindən yerə yıxılıb. Ağır xəsarət alan uşaq Bakıya - 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.
Həkimlərin verdiyi məlumata görə, K.Babayev kəllə-beyin travması alıb. Onun vəziyyəti orta-ağırdır.
Gimnaziyanın direktoru Bəsirət Nastakalova "Report"a açıqlamasında faktı təsdiqləyib. O, Kənan Babayevin pilləkəndən yıxılaraq xəsarət aldığını deyib. Gimnaziyanın direktoru hadisənin tənəffüs zamanı baş verdiyini bildirib: "Kənan Babayev və onun əkiz qardaşının gözündə çəplik var. Kənan 2-ci sinif şagirdidir. O, tənəffüsdə çölə çıxarkən qardaşı ilə oyun oynayırmış. Təlimçinin nəzarətinə baxmayaraq, pilləkəndən yıxılıb. Biz də uşağı təcili tibbi yardımla Bakıya göndərdik".
Faktla bağlı Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları araşdırma aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR