Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sevgilisini öldürüb qaçanda qəzaya düşdü

Sevgilisini öldürüb qaçanda qəzaya düşdü

DƏHŞƏT: sevgilisini öldürüb, beynini, ürəyini və ciyərini yedi - FOTO (11 Mart 2017 11:57)
Helikopter qəzaya düşdü: ölənlər var (05 Mart 2017 17:42)
Suriya qırıcısı Türkiyəyə düşdü (04 Mart 2017 22:05)

Tarix: 26 Oktyabr 2016 10:58

Bakıda qətl hadisəsi törədilib.

Bu barədə Suraxanı rayon Prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 25-də Suraxanı rayonunun Südçülük Sovxozu ərazisində baş verib.

1965-ci il təvəllüdlü Ağayev Azər Şirməmməd oğlu qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1971-ci il təvəllüdlü Talıbova İlhamə Eynulla qızının yaşadığı mənzilə gələrək onu qətlə yetirib.

Sonra şəxsi avtomobili ilə hadisə yerindən uzaqlaşmağa cəhd edən A.Ağayev Suraxanı rayonu ərazisində avtomobili maneəyə çırpıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan A.Ağayev 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. (Trend)


Teqlər:  Sevgilisini öldürüb qaçanda qəzaya düşdü



RƏYLƏR


Top xəbərlər