Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Eldəniz Nisə Qasımovadan üzr istədi

Eldəniz Nisə Qasımovadan üzr istədi

Date: 26 October 2016 11:01

Müğənni Eldəniz Məmmədov xalq artisti Nisə Qasımova ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, anlaşılmazlıq olub. E.Məmmədov N.Qasımovaya böyük hörməti və sevgisi olduğunu söyləyib:

“Məclislərdə o qədər adam olur ki... Kimisə görməyə bilərsən. Axı biz də insanıq, fikirli ola bilərik. Nisə xanımı görüb, salamlaşmamaq həyatı boyu ola bilməz. Çünki mən o sənətkarı çox sevirəm, dəfələrlə verilişində olmuşam, hər zaman hörmətlə görüşmüşük. Əgər biz Nisə xanımı görməmişiksə, üzr istəyirəm. İndiyədək heç kim mənim kiməsə hörmətsizlik etdiyimi deyə bilməz”.

Qeyd edək ki, N.Qasımova Eldəniz Məmmədov və Zenfira İbrahimovanın məclisdə onu görüb, salam verməməsini deyərək, gileylənib.


Tags:  Eldəniz Nisə Qasımovadan üzr istədi

RƏYLƏR


Top news