Tramp: “Hər şey üçüncü dünya müharibəsi ilə bitəcək, əgər...”

Tramp: “Hər şey üçüncü dünya müharibəsi ilə bitəcək, əgər...”
11:03 26 Oktyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

“Hillari Klintonun Suriya böhranının nizama salınması üzrə siyasəti üçüncü dünya müharibəsinə gətirib çıxara bilər”.

Publika.az xəbər verir ki, bu xəbərdarlığı Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp “Reuters” agentliyinə müsahibəsində edib.

Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədin istefası deyil, İŞİD terror qruplaşması ilə mübarizə prioritet məsələdir. Tramp qeyd edib ki, son üç il ərzində Suriya liderinin mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib.

“Klintonun Suriya böhranının həlli ilə bağlı heç bir planı yoxdur. Onun prezident seçilməsi üçüncü dünya müharibəsinə gətirib çıxaracaq. O, Liviya məsələsində olduğu kimi, Suriyada da nə etdiyini bilmir. Biz diqqəti İŞİD-lə mübarizəyə yönəltməliyik. Əgər biz Suriya ilə bağlı Klintona qulaq assaq, hər şey üçüncü dünya müharibəsi ilə bitəcək”, - respublikaçı milyarder bildirib.

Tramp müsahibədə həmçinin Rusiya ilə bağlı öz mövqeyini dəqiqləşdirib. Biznesmen bildirib ki, Moskvanı özünə nə dost, nə də düşmən hesab edir. O, ümid edir ki, Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlər yaranacaq.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR